Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7916
az

44 min insana ŞAD XƏBƏR - Prezident 18,2 milyon manat ayırdı

19:0013 Dekabr, 2018
895
CƏMİYYƏT
  • A
Prezident İlham Əliyev Neftçala rayonunun Neftçala-Xol Qaraqaşlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, qırx dörd min nəfər əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən Neftçala–Xol Qaraqaşlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 18,2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Nazirlər Kabinetinə tapşırılır ki, sərəncamdan irəli gələn məsələləri həll etsin. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycana da çatdı: qapanmalar olacaq?
Əhalinin NƏZƏRİNƏ: Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ
Müdafiə naziri türkiyəli həmkarına başsağlığı verdi