Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7887
az

Qəhvənin ağlasığmaz faydası aşkarlandı

23:4712 Dekabr, 2018
845
CƏMİYYƏT
  • A
ABŞ-ın Ratqer Universitetinin alimləri qəhvənin tərkibində (kofeinlə birgə) Parkinson və Levi cisimcikli demensiya kimi xəstəliklərin inkişafını ləngidən maddənin olduğunu aşkarlayıb.

Oxu24.com oxu.az-a istinadən bildirir ki, tədqiqatın nəticələri "MedicalXpress" nəşrində dərc olunub.

Məlum olduğu kimi, qəhvə dənələrinin üz qabığında "eykozanoil-5-hidriksitriptamid" (EHT) maddəsi yerləşir. Əvvəlki araşdırmalar göstərib ki, EHT beyində yaşla əlaqədar neyrodegenerativ xəstəliklərin formalaşmasına yol açan zülalın yığılmasına əngəl olur.

Yeni tədqiqatda alimlər sınaq siçanlarına kiçik dozalarda kofein və EHT verib, daha sonra isə bu maddələr ayrı-ayrılıqda siçanların bədəninə yeridilib. Maraqlıdır ki, bu iki maddə ayrı-ayrılıqda yuxarıda qeyd olunanlar baxımından o qədər də effektiv olmayıb. Bu maddələrin vəhdəti zərərli zülalın formalaşmasının qarşısını alıb.

Bu, o deməkdir ki, müntəzəm qəhvə qəbulu insan orqanizmində neyrodegenerativ xəstəliklər arasında ikinci yerdə gələn Parkinson xəstəliyi və Levi cisimcikli demensiyanın inkişafını ləngitməyə və hətta tamamilə dayandırmağa qadirdir.

İndi alimlər insanlarda bu kimi halların qarşısını almaq üçün EHT və kofeinin hansı miqdarda kombinasiyasından istifadə edilməli olduğu üzrə araşdırma aparır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Heydər məscidində vəhdət namazı qılındı -FOTO
Fidan Dəməşqdə: Colani ilə görüşdü - Foto
Bakıda DƏHŞƏTLİ QƏZA -Bir ailənin üç üzvü öldü

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ