Qadın naməhrəmin görmədiyi zaman başıaçıq halda və ya qısa qollu paltarda namaz qıla bilərmi?
Namaz insanın Allah üçün yerinə yetirməli olduğu ibadətlərin ən vacibidir. Namaz elə bir ibadət növüdür ki, insanın axirətdəki mövqeyi onun keyfiyyətindən xeyli dərəcədə asılıdır. Ona görə də hər bir şəxs namazlarını məhz şəriətdə nəzərdə tutulmuş qaydalar çərçivəsində və Allahın tələb etdiyi şəkildə qılmağa çalışmalıdır.
Namazın vacib şərtlərini pozmaq namazın bütünlükdə pozulmasına və qəbbul edilməməsinə səbəb olar. Namazın mühüm şərtlərindən biri də geyim qaydalarına riayət etməkdir. Qadın gündəlik həyatında olduğu kimi namazda da hicaba tam riayət etməlidir. Bu qanun qadını naməhrəmin görüb-görməməsindən asılı deyil.
Qadın tam bağlı və görünməz məkanda da namaz qılsa, hicaba riayət etməlidir. Hicaba riayət etmədən, məsələn, başıaçıq vəziyyətdə, qısa donda, qısa qollu paltarda qılınan namaz batildir. Oxu24.com
ŞƏRHLƏR