Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7506
az

\"Mən 9 yaşlı qıza aşiq olmuşamsa, bəs sən niyə 9 yaşlı qızını mənim yanıma göndərirdin?\" - Müəllim direktora cavab verdi

15:1829 Noyabr, 2018
891
  • A
"Əgər Rövşən belə şey edibsə, bəs sən onda niyə 9 yaşlı qızını mənim yanıma göndərirdin?"

 Bu sözləri AZXEBER.COM-a açıqlamasında 220 nömrəli məktəbin işdən çıxarılan müəllimi Rövşən Əzizov deyib.
 
O direktor Tural Mirzəliyevin onun haqqında səsləndirdiyi "9 yaşlı qıza aşiq olub" iddiasına münasibət bildirib: "Bunlar hamısı şərdir, böhtandır. Belə şey olmayıb. Mən yenə də deyirəm ki, əgər belə şey varsa, sən niyə qızını o müəllimin yanına göndərirdin? Onun qızı mənim çəkdiyim videolarda var, "youtube"də də, saytlarda da bu haqda məlumat yayımlanıb. Hansı kişi 9 yaşlı qızını "pedofil" dediyi adamın yanına gətirər?"
 
Rövşən Əzizov Tural Mirzəliyevi yalan danışmaqda ittiham edib: "Nəyə görə bu adam bu günə qədər danışmırdı? Əgər əlində fakt var idisə, onda niyə susurdun. Mənim dünənki video müraciətimdən sonra danışmaq qərarına gəlib, ancaq danışdıqları yalandır, şərdir. Üzünə zərbə dəyən adam necə oldu ki, belə tez ayağa qalxdı, sağaldı? Bu suallara cavab tapmaq lazımdır.
 
Xatırladaq ki, Tural Mirzəliyev bu gün "Yeni Müsavat"ın canlı yayımında Rövşən Əzizovun bir müddət öncə sosial şəbəkədə yazdığı iddia olunan fikirləri səsləndirib və deyib: "Rövşən Əzizovun yazdığı 1 statusu oxuyacam və özünüz hər şeyi anlayacaqsız. O yazır: "Ölüm barədə düşündüyüm anda o qarşıma çıxdı. O zaman mən yeni müəllim işləyirdim və onun 9 yaşı var idi. İlk gördüyüm gün həyatımda günəş doğdu. Müəllimin 9 yaşlı qıza qarşı vurulmasına hər kəs qarşı çıxdı. Ancaq biz bütün əngəlləri aşdıq və xoşbəxt olduq".​​​​

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yatmazdan əvvəl hiss edilən diabetin üç əlaməti
Ləzzətli kartof püresi necə hazırlanır? – resept
Qırx yaşdan sonra bu vitamini mütləq qəbul edin

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi