Qaynar xətt:

(+99450) 247 90 86

Bu rayonların əhalisinə ŞAD XƏBƏR: aztəminatlı adamlar üçün...

Bu rayonların əhalisinə ŞAD XƏBƏR: aztəminatlı adamlar üçün...

CƏMİYYƏT

819

28.11.2018, 21:03

\"\" “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 2018-ci il 22 fevral tarixli Sərəncamı ilə Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlərin göstərilməsi tövsiyə edilib.
Vəkillər Kollegiyasından Oxu24.com-a bildiriblər ki, bu tövsiyənin icrası ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində dekabrın 1-də bir qrup vəkil tərəfindən Masallı rayonundakı Heydər Əliyev Mərkəzində ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquq yardımın göstərilməsi nəzərdə tutulub. Belə tədbirlər respublikanın digər regionlarında da müntəzəm keçiriləcək.