Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda ürək dağlayan görüntü: Bəy toyunda gəlinlə birlikdə Şəhid dostunun məzarını ziyarət etdi+VİDEO

2018-11/1543392326_47088954_279402689588352_2627524682315726848_n.jpg

CƏMİYYƏT

1643

28.11.2018, 12:04

Azərbaycanda keçirilən toy mərasimi qeyri-adiliyi ilə yadda qalıb. 
Oxu24.com xəbər verir ki, Mingəçevirdə baş tutan toy mərasimində  bəy  Anar Poladov  xanımı ilə birlikdə şəhid dostunun məzarını ziyarət edib. O,sosial  şəbəkələrdə  şəhid  dostu   aprel   şəhidi   Adil  Adilzadənin  məzarını ziyarət  etdiyi   videonu  paylaşaraq bu sözləri yazıb: "Ən böyük  arzularımızdan  biri də  bir  birimizin  toyunda iştrak etmək idi. Amma  qismət  belə  imiş, dostum... Məkanın cənnət olsun. Səni  ziyarət  etmədən  o  toyda  rahat  ola bilməzdim.." Xatırladaq ki, MAXE Adil Adilzadə  2016-cı  ilin aprel döyüşləri zamanı şəhid olub.Məzarı Mingəçevir Şəhər Şəhidlər Xiyabanında yerləşir.