Qaynar xətt:

(+99450) 247 90 86

Sabah bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

2018-11/1543344673_1543340388_isiq.gif

CƏMİYYƏT

719

27.11.2018, 22:50

\"\" Şimal RETSİ-nin xidməti ərazisinə daxil olan Xızı rayonunun 35/10 kV-luq yarımstansiyasında yenidənqurma və elektrik enerjisinin dayanıqlığı məqsədilə aparılan təmir işləri ilə əlaqədar sabah günün müəyyən saatlarında elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.  
Bu barədə Oxu24.com-a \"Azərişıq” ASC-dən məlumat verilib.   Bundan başqa, Bağlar ETSİ-nin xidməti ərazisi olan Məhəmmədi kəndinin 35/10 kV-luq \"Məhəmmədi” yarımstansiyasında yenidənqurma və elektrik enerjisinin dayanıqlığı məqsədilə aparılan təmir işləri ilə əlaqədar 28-30 noyabrda günün müəyyən saatlarında elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq. Qeyd olunur ki, nəzərdə tutulmuş işlərin həftə ərzində başa çatdırılmaması havaların yağışlı keçməsi ilə əlaqədardır.