Xəbər verdiyimiz kimi Azərbaycan Ədliyyə Nazirliyinin yaranmasının 100 ili tamam oldu.
22 noyabr 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsi təsis edilib. Prezident Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib.
Ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilmiş, o cümlədən 1918-ci il noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdi. Hökumətin 1919-cu il 11 avqust tarixli qərarı ilə əvvəllər Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmişdi.
Bəs Ədliyyə Nazirliyinin həyata keçirdiyi əsas fəaliyyət hansı istiqamətdən ibarətdir?.Bununla bağlı video materialı təqdim edirik:
Oxu24.com
ŞƏRHLƏR