Qaynar xətt:

(+99450) 247 90 86

Tanınmış təhsil eksperti vəfat etdi

CƏMİYYƏT

722

27.11.2018, 09:23

Təhsil ictimaiyyətinə ağır itki üz verib. Femida.az -ın məlumatına görə, azərbaycanlı şair, nasir, publisist, tənqidçi, pedaqoq Əjdər Ağayev 81 yaşında vəfat edib. O, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1957), Əməkdar müəllim (2000), pedaqoji elmlər doktoru (1996), professor (1996), Azərbaycan təhsil şurasının sədri, respublika müəllimlər şurasının sədri vəzifələrində çalışıb. Ailə yaxınlarından verilən məlumata görə, Əjdər Ağayev uzun müddət ağır xəstlikdən əziyyət çəkib. Bu gün erkən saatlarda ürəyi dayanıb və vəfat edib.