Bu yazıçılar Nazirlikdən pul alacaq -Siyahıda Kəramət də var
13 Dekabr 2025, 14:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
388
14.08.2022, 03:24
Azərbaycanda sentyabrın 1-dən xüsusi karantin rejiminin müddəti bitir.
Rəsmi dairələrin karantin müddətini uzadıb-uzatmayacağı bəlli deyil.
Əslində son vaxtlar payıza doğru epidemik vəziyyətin gərginləşəcəyi, yoluxma və ölümlərin sayının artacağı, bir sözlə karantinlə bağlı bir sıra məhdudiyyətlərin tətbiq olunacağı ilə bağlı arda-arda proqnozlar verilir.
Bu isə ondan xəbər verir ki, gigiyenik normaların məcburi tətbiqi saxlanılmaqla, sərtləşməyə gediləcək, maska tələbi yenidən qüvvəyə minəcək, quru sərhədlər isə hələ bir neçə ay açılmayacaq.
Bəs tibbi nöqteyi-nəzərdən bizi nə gözləyir?
Milli.Az xəbər verir ki, tanınmış həkim-radioloq Aydın Əliyev bizim.media-ya mövzu ilə bağlı bildirib ki, ölkəmizdəki real epidemik vəziyyətə görə hazırda karantin müddətinin uzadılmasına, yeni karantin qaydalarının tətbiqinə və ya sərtləşməsinə, eləcə də hər hansı bir cərimələrin tətbiqinə ehtiyac yoxdur:
"Tibbi epidemik və pandemik baxımından quru sərhədlərin də bağlı qalmasına ehtiyac yoxdur. Bilirsiz ki, hər gün rəsmi rəqəmlər göstərilir ki, yoluxma və ya ölüm sayı artıb. Amma dəfələrlə qeyd etmişik ki, yoluxmanın artmasının heç bir önəmi yoxdur.
Yoluxma gündə 20 min də olsa, bunun bir təhlükəsi yoxdur. Çünki xəstəlik 99 faiz yüngül keçirilir, ölüm törətmə qabiliyyəti isə sıfıra enib.
Həmçinin oxuyun
Lakin istisna halları ola bilər ki, bu da təkcə koronavirusda deyil, adi qripdə, suçiçəyində və ya qızılcada da ola bilər.
İstisna hallarına görə ümumi halda karantini sərtləşməyə və ya yeni qadağalar tətbiq etməyə gərək yoxdur.
Bu yaxınlarda TƏBİB-in nümayəndəsi, Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov açıqlama verdi ki, payızda yoluxma artsa, karantin sərtləşəcək. Akif müəllim kifayət qədər savadlı professordur. Mən ondan belə bir açıqlamanı gözləmirdim. Çünki verdikləri açıqlama elmin qanunauyğunluğuna ziddir".
Aydın Əliyev son günlər müzakirəyə çevrilən 4-cü doz vaksinin məcburi tətbiqi məsələsinə də münasibət bildirib.
O, deyib ki, ümumiyyətlə 4-cü doz peyvəndin vurulmasına ehtiyac yoxdur:
"Deyirlər ki, bəlkə karantin qaydaları sərtləşdirildi. O zaman insanları niyə incidirdiz.
Peyvəndin bir xeyri olmayacaqdısa, insanlara hər hansı bir cərimə yazılacaqdısa, vaksinin nə mənası vardı? Əgər peyvənd olunmuşuqsa, karantinə nə lüzum var? Həqiqətən də peyvəndin qoruyucu təsiri və ölkədə kollektiv immunitet var. 3 milyon civarında insan yoluxub sağalıb, 5 milyon insan isə 3 doza peyvəndlənib.
Bizim üçün bu virusun bir təhlükəsi yoxdur. Ona görə də artıq 4-cü doza da ehtiyac qalmır".
14:38 / 13 Dekabr 2025
1
14:28 / 13 Dekabr 2025
18
14:22 / 13 Dekabr 2025
19
14:12 / 13 Dekabr 2025
92
13:14 / 13 Dekabr 2025
405
13:07 / 13 Dekabr 2025
198
12:58 / 13 Dekabr 2025
114
12:16 / 13 Dekabr 2025
782
12:08 / 13 Dekabr 2025
89
11:44 / 13 Dekabr 2025
67
11:30 / 13 Dekabr 2025
75
11:09 / 13 Dekabr 2025
851
11:07 / 13 Dekabr 2025
378
10:25 / 13 Dekabr 2025
1058
09:15 / 13 Dekabr 2025
859
09:06 / 13 Dekabr 2025
557
08:45 / 13 Dekabr 2025
126
08:37 / 13 Dekabr 2025
152
00:28 / 13 Dekabr 2025
151
00:14 / 13 Dekabr 2025
1099
00:01 / 13 Dekabr 2025
741
23:20 / 12 Dekabr 2025
667
23:12 / 12 Dekabr 2025
126
22:41 / 12 Dekabr 2025
16367
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.