Bağlanan banklara borcu olanlara xəbərdarlıq
31 Oktyabr 2026, 16:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1335
12.04.2022, 13:50
Mayın 1-dən etibarən Azərbaycan digər ölkələrlə quru sərhədlərini açır.
Bizim.Media-nın əldə etdiyi məlumata görə sözügedən məsələ ilə bağlı hökumət səviyyəsində müzakirələr gedir və yaxın günlərdə aidiyyəti qurumun rəsmi açıqlaması olacaq. Artıq deputatlar da hökumətə bu barədə çağırışlara başlayıblar.
Bəzi ölkələr Azərbaycanla quru sərhədlərini açsa da, ölkəmiz geri addım atmır. Baxmayaraq ki, uzun müddətdir ki, ölkənin epidemioloji durumunda sabitlik müşahidə olunur.
Məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərgahdan bu dəfə də cavab ala bilmədik.
Milli Məclisin üzvü Musa Quliyevin sözlərinə görə quru sərhədlərin açılması məsələsində ləngiməyin bir adı yoxdur:
“Mütləq açılmalıdır. Nə qədər tez açılsa, bir o qədər iqtisadiyyatımıza da xeyir olacaq. Eyni zamanda insanlarımızın müəyyən sosial gərginikləri aradan qalxacaq”.
Deputat quru sərhədlərin turizm mövsümü ərəfəsində açılmasını vacib hesab edir:
“Azərbayacana gələn istər xarici vətəndaşlar, istərsə də Rusiya və digər ölkələrdə yaşayan həmvətənlərimiz öz işlərini planlamalıdırlar. Nəhayət ki, quru sərhədlri açmaq və nəzarəti yumşaltmaq lazımdır. Türkiyədən gələn vətəndaşlarımızdan mütləq test tələb olunur, test nəticəsi olmayanı təyyarəyə buraxmırlar. Testi elə Bakıda etmək lazımdır. Onun bizə nə xeyri var? Nümunə elə Bakıda götürülsün, nəticə pozitiv çıxacaqsa, burada da nəzarətə götürülsün. Bu prosedurları bir qədər yüngülləşdirmək lazımdır”.
Xatırladaq ki, martın 6-dan Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə karantin rejimi yumşaldı. Sadəcə qadağalardan maska, COVID-19 pasportu və quru sərhədlərin açılması məsələləri qalıb.
Qeyd edək ki, quru sərhədlər vətəndaşlarımızın üzünə 2020-ci ilin martından etibarən bağlıdır və səfərlər 2 ildir ki, hava nəqliyyatı ilə reallaşır.
17:00 / 31 Oktyabr 2026
25
16:58 / 31 Oktyabr 2026
210
16:52 / 31 Oktyabr 2026
40
16:50 / 31 Oktyabr 2026
49
16:45 / 31 Oktyabr 2026
70
16:22 / 31 Oktyabr 2026
342
16:06 / 31 Oktyabr 2026
217
16:02 / 31 Oktyabr 2026
130
15:52 / 31 Oktyabr 2026
104
15:40 / 31 Oktyabr 2026
82
15:38 / 31 Oktyabr 2026
180
15:36 / 31 Oktyabr 2026
83
15:27 / 31 Oktyabr 2026
663
13:49 / 31 Oktyabr 2026
155
13:37 / 31 Oktyabr 2026
1119
13:35 / 31 Oktyabr 2026
138
13:00 / 31 Oktyabr 2026
199
12:52 / 31 Oktyabr 2026
298
12:42 / 31 Oktyabr 2026
5173
12:28 / 31 Oktyabr 2026
127
12:23 / 31 Oktyabr 2026
1425
12:10 / 31 Oktyabr 2026
99
11:42 / 31 Oktyabr 2026
132
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.