Qaynar xətt:

(+99450) 247 90 86

Conson Rusiyaya qarşı sanksiyaların artırılmasına çağırdı

Conson Rusiyaya qarşı sanksiyaların artırılmasına çağırdı

CƏMİYYƏT

379

07.03.2022, 19:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə, o cümlədən bankların fəaliyyəti və ya onların SWIFT sisteminə çıxışının məhdudlaşdırılması sahəsində məhdudiyyətlərin artırılmasına dair çağırış edib.

Bu barədə OXU24.COM  TASS-a istinadən xəbər verir.

"Etiraf etməliyik ki, sanksiyalarla bağlı daha çox iş görməliyik. Biz daha çox şey edə bilərik və bunu etməliyik”, - o, bazar ertəsi "Sky News” telekanalının efirində deyib.

"Dünya SWIFT, bankçılıq sahəsində daha çox şey edə bilər, fiziki şəxslərə qarşı sanksiyaların genişləndirilməsi üçün daha çox iş görülməlidir”, - B.Conson söyləyib.