Bakının iki rayonunda işıq olmayacaq
04 Noyabr 2026, 23:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
564
14.02.2022, 10:04
Hər zaman xeyirxah əməllər həyata keçirən, minlərlə insana maddi və mənəvi dəstək göstərən, “Qırmızı Ürəklər” (“Red Hearts”) Fondu bu dəfə təhsil sahəsinə töhfə verərək, tələbələr üçün sosial aksiya həyata keçirdi. Bununla bağlı 14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü ərəfəsində Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində tədbir həyata keçirildi.
Tədbir zamanı universitetin kitabxanasına biologiya elmi öyrənənlər üçün nəzərdə tutulan, dünyaca məşhur “Campbell Biologiya” kitabı təqdim edildi. “Habitat Tərcümə Layihəsi” çərçivəsində tərcümə edilən və Fond tərəfindən nəşr olunan “Campbell Biologiya” kitabını universitetin müəllim və tələbələri istifadə edə biləcəklər.
Mərasimdə “Qırmızı Ürəklər” Fondunun prezidenti Sevda Haqverdiyeva, universitetin rektoru, kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Cəfərov, molekulyar mikrobioloq, genetik, “Habitat Tərcümə Layihəsi”nin həmtəsisçisi Araz Zeyniyev iştirak və çıxış etdilər. Təqdimat zamanı qəbul imtahanlarında yüksək bal toplayan 4 tələbəyə kitablar və Fond tərəfindən hədiyyələr təqdim edildi.
“Bu kitab biologiyanın tədris proqramına daxil olduğu bütün ixtisaslarda geniş istifadə olunur. Layihə çərçivəsində kitabın Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin müəllim və tələbələri, həmçinin ölkənin elm ictimaiyyətinin nümayəndələri arasında pulsuz paylanması nəzərdə tutulub. “Campbell Biologiya” indiyə qədər alman, fransız, italyan, türk, fars kimi dillər də daxil olmaqla dünyanın 19 dilinə tərcümə olunub. Çox qürurverici haldır ki, bizim gənc alimlərimiz biologiya sahəsində olan biliklərə ana dilimizdə yiyələnə biləcəklər. Əminəm ki, kitab ölkəmizdə biologiya elminə maraq göstərən hər kəsə fayda gətirəcək”, - deyə, “Qırmızı Ürəklər” Fondunun prezidenti Sevda Haqverdiyeva bildirdi.
Qeyd edək ki, “Qırmızı ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. //redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.

23:33 / 04 Noyabr 2026
1
23:30 / 04 Noyabr 2026
14
23:26 / 04 Noyabr 2026
24
23:22 / 04 Noyabr 2026
15
23:17 / 04 Noyabr 2026
40
23:14 / 04 Noyabr 2026
45
23:12 / 04 Noyabr 2026
51
23:04 / 04 Noyabr 2026
73
22:59 / 04 Noyabr 2026
129
22:51 / 04 Noyabr 2026
74
22:38 / 04 Noyabr 2026
81
22:34 / 04 Noyabr 2026
97
22:26 / 04 Noyabr 2026
89
22:22 / 04 Noyabr 2026
94
22:16 / 04 Noyabr 2026
1937
22:14 / 04 Noyabr 2026
122
22:03 / 04 Noyabr 2026
96
21:58 / 04 Noyabr 2026
124
21:46 / 04 Noyabr 2026
91
21:39 / 04 Noyabr 2026
208
21:32 / 04 Noyabr 2026
80
21:28 / 04 Noyabr 2026
102
21:26 / 04 Noyabr 2026
243
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.