İnsanı yaradan və ona açıqlamağı öyrədən Allaha həmd olsun. Ona həmd edir və Ona şükr edirik. O, əzaların günahlardan və üsyandan mühafizə edilməsini əmr etmişdir. Şəhadət edirəm ki Allahdan başqa ilah yoxdur. O Təkdir və şəriki yoxdur. Və şəhadət edirəm ki, seyyidimiz Məhəmməd sallallahu aleyhi va səlləm Onun qulu və insanlar arasından seçərək üstün etdiyi elçisidir. Allah Ona, təmiz ailəsinə, seçkin səhabələrinə və onlara yaxşılıqda tabe olanlara gecə və gündüz birbirini təqib etdikcə salam və salavat etsin!
Bundan sonra...Ey Müsəlmanlar!.
Allahdan laızımınca qorxun. Çünki Allahdan haqqı ilə qorxmaq, bütün xeyirlərin cəm olduğu yerdir. Xoşbəxtlik və qurtuluş yoludur. Nəfislər təqva ilə təmizlənir, dillər onunla doğru yola girir və qəlblər onunla islah olur. Etdiyiniz və söylədiyiniz şeylərdə Allaha taəladan qorxun. "Allaha tərəf qaytarılacağınız gündən qorxun! (O gün) hər kəsə gördüyü əməlin əvəzi veriləcək və (haqsız yerə) zülm olunmayacaqdır!" (Əl Bəqərə 281)
Allahın qulları!. İslam dini - hökmləri kamil olan, qayda qanunları hər şeyi əhatə edən dindir. Əxlaqın ən ucasına əmr etmiş və ədəbin ən mükəmməlinə yönəltmişdir. Pis davranışlardan və çirkin sözlərdən çəkindirmişdir. İslamın ona yönləndirdiyi fəzilətlərdən və ədəbdən biri də danışma ədəbidir. Gözəl danışmaq və dili çirkin və boş sözlərdən qorumaqdır. Allah Təala adəmoğlunu ağıl və düşüncəsini açıqlama neməti ilə heyvanlardan üstün etmiş və şərəfləndirmişdir. Bu nemətlə insan, Allahın yaradıcı olduğunu görür. Allah Sübhənahu və Taəla buyurur: "Məgər insan (As ibn Vail, yaxud Übeyy ibn Xələf) onu nütfədən yaratdığımızı görmədimi ki, birdən-birə (Rəbbinə) açıq bir düşmən kəsilərək" (Yasin-77)
Bu nemətin haqqı şükr etmək və nankorluq etməməkdir. Allah Təala üçün dili haramdan qorumağa və günahlardan çəkindirməyə çalışmaqdır. Çünki dil, əzaların ən təsirlisi və ən təhlükəlisidir. Allah rizası üçün və insanlara faydalı yerlərdə istifadə olunarsa sahibinin dünyada və axirətdə müvəffəq olmasının və xoşbəxtliyinin ən böyük səbəbi olar. Allahın qəzəbinə yol açan və qullara zərər verən yerlərdə istifadə olunarsa sahibinə ən böyük günahları və zərərləri gətirər. Bu səbəblə İslam, dil məsələsinə böyük əhəmiyyət vermişdir. Rəbbimiz azzə və cəllə Quranda və Peyğəmbərlərin seyyidi Məhəmməd sallallahu aleyhi va səlləmin dili ilə dili mühafizə etməyə, gözəl danışmağa və pis sözlərdən çəkinməyə təşviq etmişdir. Allah cəllə və ala belə buyurur: "(Ya Rəsulum!) Bəndələrimə de: '(Danışdıqları zaman 'la ilahə illallah; yərhəmukəllah; yəğfiru ləkəllah' kimi) gözəl sözlər söyləsinlər (və ya müşrikləri imana də'vət edərkən onlarla xoş danışsınlar!)' Şeytan onların arasına fitnə-fəsad sala bilər. Həqiqətən, Şeytan insanın açıq-aşkar düşmənidir!" (Əl İsra 53)
Allah azzə və cəllə, iman sahiblərini və təqva əhlini ifadə edərkən onların boş sözlərdən üz çevirdiklərini və batil sözlərdən uzaq durduqlarını bildirir. Belə buyurur: "Həqiqətən, mö'minlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!) O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müt'i olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!) O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən, qadağan olunmuş əməllərdən) üz döndərərlər" (Möminun 1-3) Və belə buyurur: "Onlar boş (yersiz) bir söz eşitdikləri zaman ondan üz çevirib: 'Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. (Hərə öz əməlinə cavabdehdir). Sizə salam olsun! (Salamat qalın. Bizimki bizdə, sizinki də sizdə!) Biz cahilləri (cahillərlə yoldaşlıq etmək, onların söz-söhbətinə qulaq asmaq, sonra da onlarla çənə-boğaz olmaq) istəmirik!' - deyirlər." (Əl Qasas 55)
Dili, günahlardan və haramdan qorumaq, dində həqiqətə və kamil imana çatmağın yoludur. İmam Əhməd və digər bəzi hədis alimlərinin rəvayət etdiyi bir hədisdə Rəsulullah sallallahu aleyhi va səlləm belə buyurur: "Qəlbi doğru olmayınca qulun imanı doğru olmaz. Dili doğru olmayınca qəlbi doğru olmaz." Hətta insanın bütün əzaları əyrilik və doğruluq yönündən dilə bağlıdır. Tirmizi Sünənində, Əbu Said Əl Hudri radiyallahu anh yolu ilə, Rəsulullah sallallahu aleyhi va səlləmin belə buyurduğunu rəvayət edir: "Adəmoğlu sabah duranda, bütün əzaları ona dillə səslənirlər: "Bizim haqqımızda Allahdan qorx. Çünki biz sənə tabeyik. Sən doğru olsan biz də doğru olarıq, sən azsan biz də azarıq." İmam Nəvəvi rahiməhullah deyir ki: "Yəni dilə itaət edib ona boyun əyirlər."
İnsanın dilini mühafizə etməsi və az danışması ədəbinin; nəfsinin saflanmış omasının və ağlının kamilliyinin işarəsidir. Rəvayət edilən hikmətli sözlərdən birində belə deyilir: "Ağıl tam olarsa söz azalar." Hikmət sahibi insanlardan biri belə deyir: "İnsanın danışması fəzilətinin bəyanı və ağlının tərcüməçisidir. Gözəl olan sözə yönəlin və onun azı ilə kifayətlənin"
Şüurlu müsəlman, ağlı gözəl danışmağa və yerinə görə danışmağa sövq edər. Onu imanı buna yönəldir. Əks halda susmağı üstün tutar və günahlardan qorunmaq üçün özünü saxlayar. Rəsulullah sallallahu aleyhi va səlləmin tövsiyəsi ilə hərəkət edər: "Kim Allaha və axirət gününə iman edirsə ya xeyir söyləsin ya da sussun!" Bu hədisi, Buxari və Muslim rəvayət edir.
Ağlından keçəni gözəl bir şəkildə ifadə etmək yüksək ədəb və dəyərli əxlaqdır. Allah Taəla, keçmiş ümmətləri buna yönəltmiş və onlardan bunun üçün söz almışdır. Allah azzə və cəllə belə buyurur: "Yadınıza gətirin ki, Biz bir zaman İsrail oğullarından: 'Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara ehsan (yaxşılıq, kömək) edin, insanlarla xoş danışın, namaz qılın, zəkat verin!' - deyə əhd-peyman aldıq. Sonra, az bir qisminiz müstəsna olmaqla, əhdinizdən döndünüz, çünki siz (İsrail övladı haqdan) üz döndərənsiniz." (Əl Bəqərə - 83)
Gözəl söz dost düşmən hər insanla gözəl nəticə verir. Dostla gözəl danışmaq, sevginin və dostluğun davam etməsini təmin edir. Düşmənlə göəzl danışmaq isə qəlblərdəki kini, nifrəti və qəzəbi aparır. Düşmənliyi söndürür. Allah Taəla buyurur: "Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mö'min kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən! Bu (xislət) yalnız (dünyada məşəqqətlərə) səbir edənlərə verilir və yalnız böyük qismət (savab, fəzilət) sahiblərinə əta olunur!" (Fussilət 34-35)
Ey Müsəlmanlar!..Dilin böyük afətləri var. Əhəmiyyətsiz və boş danışmanın bir çox şərri var. Əmirul Muminin Ömər b.Əl Xattab radiyallahu anh bundan çəkindirərək belə demişdir: "Sözü çox olanın xatası da çox olur. Xatası çox olanın hayası azalır. Hayası azalanın Allah qorxusu azalır. Allah qorxusu azalanın qəlbi ölür." Keçmiş alimlərdən biri belə deyir: "İnsanların ən bəxtsizi və müsibəti ən böyük olanı tələsən, tələsən bir dili və tələsən hərəkət edən bir qəlbi olmasıdır." Boş danışmaqdan uzaq durmaq; faydasız şeylərdən, dini və dünyəvi cəhətdən başqalarına faydalı olmayan şeylərdən dili mühafizə etmək bəsirət və kamillikdir. Rəsulullah sallallahu aleyhi va səlləm ümmətinə bunu tövsiyə etmiş və buna təşviq etmişdir: Tirmizi və digər bəzi alimlərin rəvayət etdiyi bir hədisdə Rəsulullah sallallahu aleyhi va səlləm dilini işarə edərək "Buna sahib ol!"buyurur. Muaz radiyallahu anh belə deyir: "Ey Allahın Rəsulu! Bizlər danışdıqlarımızdan cavab verəcəyikmi?" Bunun üzərinə Rəsulullah sallallahu aleyhi va səlləm belə buyurur: "Anan səni itirsin ey Muaz! İnsanlar, dilləri ilə əldə etdiklərindən başqa bir şey səbəbi ilə cəhənnəmə üzləri üstə atılırlarmı?" Tirmizi və digər alimlər Sufyan əs Səkafi radiyallahu anhdan bunu rəvayət edir: "Ey Allahın Rəsulu! Mənim üçün ən çox qorxduyun şey nədir?" dedim Rəsulullah sallallahu aleyhi va səlləm öz dilini tutaraq "BU" buyurdu.
Bu səbəblə, bu ümmətin keçmiş alimləri və ən seçkin insanları dilin təhlükəsindən qorxardılar və olduqca çox çəkinərdilər. Əbu Bəkr radiyallahu anh dilini çıxarır və belə deyərdi: "Bu məni pis yerlərə apardı" Abdullah b. Məsud radiyallahu anh belə deyir: "Ondan başqa İlah olmayan Allaha And olsun ki, yer üzündə dildən başqa uzun müddət həbs edilməyə ehtiyacı olan bir şey daha yoxdur." Ata b. Əbi Rabah rahiməhullah da belə deyir: "Sizdən biri, gündüz doldurduğu səhifə açıldığında içindəki bir çox şeyin dini və dünyası ilə əlaqəsiz şeylər olmasından utanmazmı?"
Ey Allahın qulları! Dil; təqva onu cilovlamasa şeytanın əlində sərbəst bir ipdir. Şeytan onunla sahibini dilədiyi kimi yönləndirir. Ağlına gələn hər şeyi söyləmək üzrə dilini sərbəst buraxırsa dili onu fəlakətə və həlaka aparır. Onu, dediqodu və qeybət, yalan və iftira, pis və çirkin söz, Allahın qullarına qarşı pis davranmaq kimi böyük günahlara salır. Hətta bəzilərinin dili başqalarının şərəfini yaralayan bir qayçı kimi olmuşdur. Allahın qullarını ələ salır və onları alçaldır. Ayıblarını sayır və qüsurlarını ortaya tökür. İttiham edir və yalan söyləyir. Əsilsiz şeylər edir. Bunu etməkdən onu nə dili? nə kişiliyi və həvası çəkindirir. Sanki Allah azzə və cəllənin bu sözünü eşitməyib. "Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!" (Qaf 18)
Bu kəs, Rəsulullah sallallahu aleyhi va səlləmin bu sözünə görə nə vəziyyətdədir? "Mömin, insanları çoxlu qaralayan və çoxlu lənət edən, pis söz söyləyən və küfr edən kəs deyil" Bu hədisi Tirmizi rəvayət edir, həsən olduğunu söyləyir. Buxari Səhihində, Rəsulullah sallallahu aleyhi va səlləmin belə buyurduğunu rəvayət edir: "Şübhəsiz qul, Allahı qəzəbləndirəcək bir söz danışır və ona əhəmiyyət vermir və o söz səbəbi ilə cəhənnəmə atılır."
Üzərində elim və doğruluq görünüşü olan , vaqar və ehtişam heybəti olan, bir kimsə bunu edərsə bəla daha da böyük olur. Pis və çirkin sözlər danışır. Heç bir fəzilət sahibinin fəzilətini və dəyərli insanın dəyərini buraxmaz. Bir dil sürüşməsindən, ya da qələm xətasından, vəya şəxsi bir səbəblə ölü ya da diri, heç düşünmədən onlara yüklənir. Bəzən səbəb bunlardan heç biri olmur. Sadəcə kin və həddini aşmaq ona bunları etdirir. Dini duyğuları və Allah qorxusu ona mane olmazsa ağıl və əxlaq bunun qarşısını ala bilərmi?! Öz nəfsinin ayıblarının və qüsurlarının çoxluğunu bilməsi də onu bundan çəkindirər?! Keçmiş alimlərdən biri, insanların əleyhinə danışan bir kəsin danışmasını eşidincə ona belə deyir: "İnsanların ayıblarını çox göstərməyin ilə sənin ayıblarının çox olduğuna hökm etdik."
Ey Allahın qulları! Allahdan haqqı ilə qorxun! Dilləriniz və digər əzalarınızı Allahın haram etdiyi şeylərdən qoruyun. Daima Allah azzə və cəllənin bu sözünü xatırlayın: "Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin!" (Əl Əhzab 70-71)
Allah məni və sizləri uca Quran vəPeyğəmbərlərin Seyyidinin sünnəti ilə faydalandırsın. Bu sözümü söyləyir və Allahdan özüm üçün, sizin üçün və bütün müsəlmanlar üçün hər cür günahlardan bağışlanma istəyirəm. Sizlər də Ondan bağışlanma istəyin. Şübhəsiz O, çox bağışlayan və mərhamət edəndir.
Mübarək və təmiz bir həmd ilə sevdiyi və razı olduğu şəkildə Rəbbimə çox həmd edək. Ona həmd edir, böyük nemətləri ilə və ard arda gələn ehsanı üçün Ona şükr edək. Şəhadət edirəm ki Allahdan başqa ilah yoxdur . O təkdir və şəriki yoxdur. Ucalardan Ucadır. Və şəhadət edirəm ki, Məhəmməd Onun qulu və Rəsuludur. Seçdiyi peyğəmbəri və üstün etdiyi dostudur. Allah Ona, ailəsinə, hidayət rəhbərləri və qaranlığı aydınladan işıq qaynağı səhabələrinə, onların yolundan gedən və izlərini təqib edənlərə çoxlu salam və salavat etsin.
Bundan sonra. Ey Allahın qulları! Günümüzdə, cəmiyyətin vəziyyətini incələyən insanlardan bir çoxunun iclaslarda və şənliklərdə boş boş danışmaqla məşğul olduğunu görürük. Nəfislərin meyl etdiyi bu çıxışlar müxtəlif media orqanları vasitəsilə nəql edilir. Bunalara qulaq asılır və insanlar bu çıxışları dillərinə salıırlar. Nəticədə heç bir fayda əldə etmirlər. Hətta çoxu dünyası və axirəti üçün zərərlə dönür. Bütün bunlar İslamın metodundan və ədəbindən deyil. Çünki İslam; boş və lüzumsuz danışmağı mənasız işlərlə məşğul olmağı xoş görmür. Dəyərli və fəzilətli işləri xoşlayır. Allah Sübhənahu və Taəla belə buyurur: "Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Xeyir ancaq sədəqə verməyi, yaxud yaxşılıq etməyi və ya insanlar arasında sülh yaratmağı əmr edən kimsənin söhbətindədir. Allahın razılığını qazanmaq üçün belə işlər görən kimsəyə (axirətdə) böyük mükafat verəcəyik!" (Ən Nisə 114)
Allahdan lazımınca qorxun və İslamın prinsiplərinə sıx sarılın! İman əhlinin ədəbi ilə ədəblənin! Dillərinizi mühafizə edin. Dilinin şərrindən qorunan böyük bir şərdən qurtulmşdur. Dilini xeyirdə və ibadətdə, mübah olan danışıqlarda istifadə edən doğruluğa və kamala müvəffəq olur. Bu Allahın dilədiyinə verdiyi bir lütüfdür. Allah böyük lütüf sahibidir. Allahın qulları! Allah azzə və cəllənin əmretdiyi imi rəhmət və hidayət peyğəmbərinə salam və Salavat deyin. Allah azzə və cəllə buyurur: "Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın! (Allahümmə səlli əla Muhəmmədin və ali Muhəmməd; əssəlamu əleykə əyyuhənnəbi və rəhmətullahi və bərəkətuhu-deyin!)" (Əhzab 56)
Oxu24.com
ŞƏRHLƏR