Qaynar xətt:

(+99450) 247 90 86

Qarabağda işləmək istəyənlər ÜÇÜN ŞAD XƏBƏR - Bu idarələrə yaxınlaşın - RƏSMİ

Qarabağda işləmək istəyənlər ÜÇÜN ŞAD XƏBƏR - Bu idarələrə yaxınlaşın - RƏSMİ

CƏMİYYƏT

1478

13.02.2022, 23:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qarabağın işğaldan azad edilməsindən sonra orada bərpa quruculuq işlərinə, həmçinin yeni layihələrə start verilib.

Oxu24.com  xəbər verir ki, işğaldan azad edilən ərazilərdə işləmək istəyənlər artıq müraciət edə bilərlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin istifadəyə verdiyi Məşğulluq Alt Sistemində gənclər işğaldan azad edilən ərazilər üzrə boş vakansiyalar üzrə müraciət edə bilərlər.

Çalışmaq istəyənlər e-sosial.az portalına daxil olaraq iş axataran kimi qeydiyyata düşəcək.

Dövlət Məşğulluq Agentliyinin şöbə müdiri Vüqar İmanov bildirib ki, əsasən tikinti sahələri üzrə boş iş yerləri kifayət qədər çoxdur: "Zəngilan, Füzuli və Cəbrayılda mühəndis və buna oxşar vəzifələr mövcuddur. Boş iş yerlərinə baxılma müddəti isə işə götürən tərəfindən 5 gün ərzində baxılmalıdır".

Qeyd edək ki, vakansiyalar barədə məlumat əldə etmək istəyən şəxslər əraziləri üzrə məşğulluq filiallarına və DOST mərkəzlərinə yaxınlaşa bilər.

Rus ordusu Ukrayna ilə sərhəddə tələyə düşdü: Tanklar batır - VİDEO