Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6383
az

Azərbaycanda təhlükəli qrip var?

22:5223 Oktyabr, 2018
1341
CƏMİYYƏT
  • A
 Hazırda Azərbaycanda kəskin respirator virus infeksiyaları və qriplə bağlı epidemioloji vəziyyət sabitdir.

Bunu Trend-ə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Hava-damcı infeksiyaları bölməsinin həkim-epidemioloqu Nəzmiyyə Brumendfard deyib.

Onun sözlərinə görə, bu il ağır kəskin respirator virus infeksiyalarına yoluxanların sayında artım müşahidə edilməyib və infeksiyalara yoluxanların builki sayı ötənilki səviyyədədir.

N.Brumendfard əlavə edib ki, ötən il Azərbaycanda ağır kəskin respirator virus infeksiyalarına yoluxan insanların 78-də qrip aşkarlanmışdı: “Onlarda da adi qrip - “B” qripi olub. Bu qrip pandemik qrip virusu hesab olunmur. Azərbaycanda qrip virusu dövr edirsə, bu, diqqətdən yayına bilməz. Hələ ki, ölkə ərazisində kəskin respirator virus infeksiyaları və qriplə bağlı narahatlıq yoxdur, vəziyyət stabildir”.

Mərkəz rəsmisi qeyd edib ki, son illər ərzində Azərbaycanda daha təhlükəli olan “A” tipli qripə yoluxma halı aşkarlanmayıb:

“Azərbaycanda hələ ki, təhlükəli qrip növü aşkarlanmayıb. Bu il mövsüm yeni başladığından hələlik kəskin respirator virus infeksiyalarına yoluxma halı da qeydə alınmayıb”.

N.Brumendfard payız-qış mövsümündə bəzi xəstələrin qoruyucu steril maskalardan istifadə etməməsinin də kəskin respirator virus infeksiyalarının yayılmasında mühüm rol oynadığını söyləyib:

“Bizdə əhali xəstələndikdə qoruyucu maska taxmır, maska taxmağa utanırlar. Əgər xəstə insan maska taxmırsa, onda sağlam insan maska taxaraq özünü infeksiyadan qorumalıdır. Maskalar 4 saatdan bir yenisi ilə dəyişməlidir. Əks halda, xəstə insan özünün tənəffüs yollarından gələn infeksiya ilə yenidən infeksiyaya yoluxa bilər”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Suriyanın yeni xarici işlər naziri o oldu
Kirəcləşmiş kranı təmizləməyin ən asan və təbii üsulları
Məşhur musiqiçidən üzücü xəbər: Həyat yoldaşı ilə eyni xəstəliyə tutuldu -FOTO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ