Adambaşına müavinət xərci 3946,16 manat olacaq
05 Noyabr 2026, 15:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1227
13.01.2022, 16:18
Yasamal rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Oxu24.com -un məlumatına görə, hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Emil Cəfərovun Əli Əliyev barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı qərar qəbul olunub.
Qərara əsasən, Ə. Əliyev barəsində 5 ay həbs cəzası verilib.
Xatırladaq ki, DSX kapitanı Ramin Ədilovun xüsusi ittiham qaydasında Əli Əliyev barəsində şikayətinə hakim Rauf Daşdəmirov sədrliyi ilə bir müddət sonra baxılacaq.
Qeyd edək ki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət veriblər.
İddiaçılar şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Onu da qeyd edək ki, iddiaçıların şikayətlərində bildirib ki, VİP sədri Əli Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü bildirib. Çıxışdan sonra qəza nəticəsində sağ qalan hərbçilər Əli Əliyevi məhkəməyə verib.Onların şikayətləri ayrı icraatda araşdırılır.
15:31 / 05 Noyabr 2026
1
15:25 / 05 Noyabr 2026
27
15:10 / 05 Noyabr 2026
44
14:57 / 05 Noyabr 2026
107
14:50 / 05 Noyabr 2026
94
14:48 / 05 Noyabr 2026
95
14:44 / 05 Noyabr 2026
76
14:41 / 05 Noyabr 2026
104
14:36 / 05 Noyabr 2026
86
14:25 / 05 Noyabr 2026
111
14:24 / 05 Noyabr 2026
102
14:18 / 05 Noyabr 2026
259
14:08 / 05 Noyabr 2026
137
14:01 / 05 Noyabr 2026
104
13:48 / 05 Noyabr 2026
1164
13:41 / 05 Noyabr 2026
111
13:20 / 05 Noyabr 2026
161
13:12 / 05 Noyabr 2026
174
13:02 / 05 Noyabr 2026
397
13:00 / 05 Noyabr 2026
205
12:56 / 05 Noyabr 2026
199
12:51 / 05 Noyabr 2026
135
12:41 / 05 Noyabr 2026
457
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.