Qaynar xətt:

(+99450) 247 90 86

İlham Əliyev vaksin olunmasından danışıb

İlham Əliyev vaksin olunmasından danışıb

CƏMİYYƏT

783

13.01.2022, 10:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Buster” dozanı aldım".

Oxu24.com-un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

"Amma bunu da heç kim bilmir. Bunu əlbəttə ki, biz gərək izləyək. Əsas məsələ özümüzü, hamımız özümüzü qorumalıyıq: "Hər birimiz vaksin almalıyıq və vaxtaşırı o anticisimlərin sayını da yoxlamalıyıq. Mən də özümü yoxlatdırıram, qan analizi verirəm, baxıram. Mən nə üçün üçüncü dəfə peyvənd olundum?! Gördüm ki, artıq məndə anticisimlər azalır. Haradasa artıq o səviyyəyə düşə bilər ki, sanki peyvənd almamışam, ona görə üçüncü – “buster” dozanı aldım. Heç bir təsir yoxdur, Azərbaycanda ümumiyyətlə heç bir fəsad olmayıb. Çünki həm “Sinovac”, həm “Pfizer” görünür ki, çox sağlam və keyfiyyətli vaksinlərdir. Ona görə məsləhətim budur və əlbəttə ki, özlərini qorusunlar, öz valideynlərini qorusunlar. Xüsusilə yaşlı insanlar özlərini qorumalıdırlar. Bütün bu yeni davranış qaydalarına biz gərək özümüzü uyğunlaşdıraq. İndi görək, deyirlər ki, bu viruslar illər keçdikcə öz gücünü itirir və sonra adi qrip halına çevrilir. Ümid edirəm ki, bunu da biz görəcəyik", - dövlət başçısı bildirib.