Qaynar xətt:

(+99450) 247 90 86

Pişiklərin qanında təhlükəli virus aşkarlandı

Pişiklərin qanında təhlükəli virus aşkarlandı

CƏMİYYƏT

490

12.01.2022, 22:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Koronavirus pandemiyasının başlamasından çox əvvəl ABŞ-da ev pişiklərindən alınan qan nümunələrində SARS-CoV-2 reseptor bağlayan domenə (RBD) qarşı anticisimlər müəyyən olunub.
Oxu24.com bildirir ki, bu barədə Tennessi Universitetinin mütəxəssisləri elan edib. Alimlərin fikrincə, bunu yalnız heyvanların başqa bir virusla təmasda olması ilə izah etmək olar, hansı ki, onun sünbül zülalı COVID-19 törədicinin oxşar zülalına o qədər bənzəyir ki, orqanizmin kross-reaktiv anti cisimlər istehsal etməsinə səbəb olub.
Alimlər onu da vurğulayıblar ki, insanlar üçün potensial təhlükəli virus hazırda ABŞ-da pişik populyasiyasında dövr edir.