Prezident Nailə İslamzadəni TƏLTİF ETDİ
05 Noyabr 2026, 16:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1457
10.01.2022, 20:35
Göyçay rayonunda 4 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.
Oxu24.com APA-ya istinadən bildirir ki, hadisə bu gün saat 16:00 radələrində Göyçay şəhərinin Nizami küçəsində qeydə alınıb. Yolda sürətlə hərəkət edən "VAZ 2107" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib, avtomobil yoldan çıxaraq kənarda dayanmış "VAZ 2106", "VAZ 21011" və "VAZ 2107" markalı avtomobillərə çırpılıb. Sonra "VAZ 2107" markalı avtomobil elektrik dirəyini aşırıb, "Telefon evi" adlı mağazanın pəncərəsindən içəri daxil olub.
Hadisə zamanı mağazanın qarşısındakı piyada səkisində olan bir nəfər və avtomobillərdə olan 3 nəfər xəsarət alıb. Xəsarət alanlar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Telefon mağazasının sahibi Rauf Musayev APA-nın yerli bürosuna bildirib ki, hadisə zamanı mağazadakı işçilər xəsarət almasa da, çox həyəcanlanıblar.
Qəza zamanı obyektin pəncərələri, içəridəki vitrinlər, mobil telefonlar, təmir avadanlıqları, aksesuarlar sınıb. Sahibkara ümumilikdə 4 min manatdan çox maddi ziyan dəyib.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

16:09 / 05 Noyabr 2026
1
15:55 / 05 Noyabr 2026
253
15:46 / 05 Noyabr 2026
64
15:31 / 05 Noyabr 2026
130
15:25 / 05 Noyabr 2026
100
15:10 / 05 Noyabr 2026
82
14:57 / 05 Noyabr 2026
159
14:50 / 05 Noyabr 2026
131
14:48 / 05 Noyabr 2026
117
14:44 / 05 Noyabr 2026
96
14:41 / 05 Noyabr 2026
129
14:36 / 05 Noyabr 2026
102
14:25 / 05 Noyabr 2026
141
14:24 / 05 Noyabr 2026
126
14:18 / 05 Noyabr 2026
307
14:08 / 05 Noyabr 2026
153
14:01 / 05 Noyabr 2026
113
13:48 / 05 Noyabr 2026
1365
13:41 / 05 Noyabr 2026
122
13:20 / 05 Noyabr 2026
184
13:12 / 05 Noyabr 2026
189
13:02 / 05 Noyabr 2026
437
13:00 / 05 Noyabr 2026
229
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.