Prezident Nailə İslamzadəni TƏLTİF ETDİ
05 Noyabr 2026, 16:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
448
10.01.2022, 20:15
Prezident İlham Əliyevin tapşırığı əsasında icra edilən ödənişli ictimai işlər proqramının fəaliyyət sahələri müxtəlif qurumlarla birgə layihələr əsasında 2022-ci ildə də genişlənəcək.
OXU24.COM Xəzər TV-yə istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki DOST İş Mərkəzinin fəaliyyətinə dair iclasda qeyd edilib.
Ödənişli ictimai işlər proqramının işsiz və işaxtaran şəxslərin məşğulluğunun təminatında xüsusi əhəmiyyəti diqqətə çatdırılıb. Proqramın yeni məşğulluq sahələri üzrə şaxələndirilməsi istiqamətində son illər bir sıra qurumlarla əməkdaşlıqda önəmli işlər aparılıb.
İclasda qeyd edilib ki, 56 min iş yerini özündə əhatə edən ödənişli ictimai işlər proqramı çərçivəsində ötən il Kənd Təsərrüfatı Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Müdafiə Nazirliyi, ASAN xidmət, YAŞAT Fondu, Mediasiya şurası və s. qurumlarla birgə layihələr icra olunub. Bu layihələr üzrə həmin qurumlar üçün müxtəlif sayda ictimai iş yerlərinin ayrılması prosesi həyata keçirilib. Son günlər 1 231 işsiz və işaxtaran şəxs isə 60 rayonu əhatə edən yeni birgə layihə üzrə "Azərpoct" MMC və "Aztelekom" MMC müəsissələrində poçtalyon və operator işlərinə cəlb olunub.
Ümumilikdə, müxtəlif qurumlarla layihələr çərçivəsində əmək müqaviləsi əsasında iş yerlərinə cəlb olunan işsiz və işaxtaran şəxslər eyni zamanda əmək fəaliyyəti dövründə müvafiq sahələr üzrə ilkin peşə və ixtisas bacarıqlarına da yiyələnirlər. Bu da onların gələcək məşğulluq imkanlarını genişləndirmiş olur.
Proqramın icrasına, bu sahədə şəffaflığın təminatına, ödənişli ictimai işçilərin işə davamiyyətinə, onların əməyinin mühafizəsinə nəzarətin həyata keçirilməsi istiqamətində görülən işlər də iclasda müzakirə olunub.
16:09 / 05 Noyabr 2026
1
15:55 / 05 Noyabr 2026
253
15:46 / 05 Noyabr 2026
64
15:31 / 05 Noyabr 2026
130
15:25 / 05 Noyabr 2026
100
15:10 / 05 Noyabr 2026
82
14:57 / 05 Noyabr 2026
159
14:50 / 05 Noyabr 2026
131
14:48 / 05 Noyabr 2026
117
14:44 / 05 Noyabr 2026
96
14:41 / 05 Noyabr 2026
129
14:36 / 05 Noyabr 2026
102
14:25 / 05 Noyabr 2026
141
14:24 / 05 Noyabr 2026
126
14:18 / 05 Noyabr 2026
307
14:08 / 05 Noyabr 2026
153
14:01 / 05 Noyabr 2026
113
13:48 / 05 Noyabr 2026
1365
13:41 / 05 Noyabr 2026
122
13:20 / 05 Noyabr 2026
184
13:12 / 05 Noyabr 2026
189
13:02 / 05 Noyabr 2026
437
13:00 / 05 Noyabr 2026
229
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.