Bunu edən sürücülər cərimələnəcək - 100 manat və 2 bal
05 Noyabr 2026, 16:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1191
10.01.2022, 11:00
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) saxta sosial şəbəkə hesabları ilə bağlı xəbərdarlıq edib.
Oxu24.com xəbər verir ki, bu barədə DTX-nin İctimai əlaqələr şöbəsi məlumat yayıb.
"Son zamanlar bəzi sosial şəbəkə platformalarında Dövlət Təhlükəsizliyi Xidmətinin adından istifadə etməklə yaradılmış bir sıra saxta səhifə və profillərin fəaliyyəti müşahidə edilməkdədir. Belə halların mövcudluğu bir çox istifadəçilərin bu hesabları rəsmi mənbə kimi qəbul etməsinə səbəb olur və nəticədə həmin sosial şəbəkə resurslarında yerləşdirilən materialların DTX tərəfindən yayımlanması kimi başa düşülür.
Qeyd etmək istərdik ki, DTX-nin rəsmi internet saytı olan “//www.dtx.gov.az/az/” və “Facebook”, “Twitter”, “İnstagram”, “Youtube” sosial şəbəkələrində müvafiq olaraq “//www.facebook.com/DTXAzerbaijan”, “//twitter.com/DTX_Azerbaijan”, “//www.instagram.com/azerbaijandtx/”, “//www.youtube.com/c/DTXofficialchannel/” səhifə və kanalları fəaliyyət göstərir və DTX-yə aid məlumatlar yalnız bu mənbələrdə yerləşdirilir. Həmçinin xüsusi vurğulayırıq ki, DTX-nin sosial şəbəkələrdəki rəsmi səhifələri “Facebook”, “Twitter”, “İnstagram” və “Youtube” administrasiyaları tərəfindən verilmiş və bu resursların rəsmiliyini təsdiq edən qeydiyyat nişanına sahibdir.
Bununla yanaşı bildiririk ki, sosial şəbəkələrdə DTX-nin rəhbərliyinə məxsus hər hansı profil və ya hesab mövcud deyil.
Vətəndaşlarımızın və KİV nümayəndələrinin diqqətinə çatdırırıq ki, DTX-nin fəaliyyəti barədə məlumatlar yalnız yuxarıda qeyd olunan DTX-nin rəsmi internet resurslarından əldə olunmalıdır", - məlumatda qeyd edilib.
16:30 / 05 Noyabr 2026
1
16:25 / 05 Noyabr 2026
27
16:20 / 05 Noyabr 2026
39
16:09 / 05 Noyabr 2026
254
15:55 / 05 Noyabr 2026
622
15:46 / 05 Noyabr 2026
106
15:31 / 05 Noyabr 2026
174
15:25 / 05 Noyabr 2026
106
15:10 / 05 Noyabr 2026
93
14:57 / 05 Noyabr 2026
187
14:50 / 05 Noyabr 2026
145
14:48 / 05 Noyabr 2026
174
14:44 / 05 Noyabr 2026
102
14:41 / 05 Noyabr 2026
142
14:36 / 05 Noyabr 2026
109
14:25 / 05 Noyabr 2026
154
14:24 / 05 Noyabr 2026
132
14:18 / 05 Noyabr 2026
325
14:08 / 05 Noyabr 2026
159
14:01 / 05 Noyabr 2026
122
13:48 / 05 Noyabr 2026
1444
13:41 / 05 Noyabr 2026
138
13:20 / 05 Noyabr 2026
200
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.