Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
63480
az

İşə adaptasiya olunmağın ƏN ASAN YOLLARI AÇIQLANDI - PSİXOLOQ AYDINLIQ GƏTİRDİ

22:2605 Yanvar, 2022
262
CƏMİYYƏT
  • A

"Ümumiyyətlə insanlar tətilə qədər özlərini çox yükləyirlər. Tətilə çıxacaqları üçün bütün işlərini bu yönümdə planlaşdırırlar. İstər ev işləri, istərsə də işdə olan bütün problemləri tətilə qədər həll edib bitirməyə çalışırlar". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib.


Onun sözlərinə görə, tətil müddəti az olduqda isə yorğunluqları azalmır, əksinə iki qat artır: “Buna görə də bütün bu ağırlıqlar üst-üstə toplanır və insanlar tətildən sonra işə, dərsə adaptasiya ola bilmirlər. Amma tətilinin müddətinin uzun olduğu hallarda belə adaptasiya problemləri ilə qarşılaşırıq. Bu isə insanların artıq həyatlarındakı rahatlığa öyrəşməsi ilə əlaqədardır. Buna görə də yenidən iş, dərs həyatına başlamaq, stressin birdən-birə artması çətinlik yaradır. Ümumiyyətlə əsas səbəb orqanizmin rahatlığa öyrəşməsidir. İnsan psixoloji olaraq özünü iş və istirahət günlərinə öyrəşdirir. Lakin tətil müddətlərində isə daimi olaraq təkrarlanan, etdiyimiz proseslər olmadığı üçün daha rahat oluruq. Bu zaman da sistemimiz qarışır və biz artıq tətildən qayıtdıqda öyrəşdiyimiz rejim birdən-birə dəyişir. Nəticə etibarilə də bizim yeni rejimə adaptasiya müddətimiz zaman alır. Təbii ki, bir müddət sonra artıq yeni rejimə də öyrəşirik. Tez adaptasiya olmağın ən yaxşı yolu isə tətil müddətində özümüzü artıq psixoloji olaraq yeni rejimə hazırlamaqdır”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli Əsədov daha bir qərar imzaladı
"Dəmiryol nəqliyyatı haqqında Nizamnamə" təsdiqləndi
Əli Əsədov qərar imzaladı

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı