Qaynar xətt:

(+99450) 247 90 86

Bu dərmana görə uşaqlar gec danışmağa başlayır

Bu dərmana görə uşaqlar gec danışmağa başlayır

CƏMİYYƏT

448

05.01.2022, 22:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hamiləlik zamanı parasetamolun qəbulu ziyansız sayılır. Lakin son araşdırma bu iddianı şübhə altına salıb.

OXU24.COM The Mirror-a istinadla xəbər verir ki, İsveç alimləri 8-13 həftə hamiləliyi olan 754 qadına və daha sonra 2,5 il ərzində onların dünyaya gətirdiyi uşaqlara nəzarət ediblər.

Araşdırma zamanı alimlər fikir veriblər ki, hamiləliyin ilk 3 ayı ərzində 6 dəfə və bundan çox parasetamol həbini qəbul edən qadınların uşaqları daha tez-tez nitq problemləri ilə üzləşib. Bu uşaqlarda nitq inkişafının geriliyi müşahidə olunurdu.

Maraqlıdır ki, oğlanların nitq inkişafına ananın hamiləlik zamanı parasetamolun qəbulu təsir etmirdi.