Qaynar xətt:

(+99450) 247 90 86

Bu gündən sürücülük vəsiqəsi ilə bağlı yeni rüsumlar tətbiq olunacaq

Bu gündən sürücülük vəsiqəsi ilə bağlı yeni rüsumlar tətbiq olunacaq

CƏMİYYƏT

643

04.01.2022, 23:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bu gündən Azərbaycanda sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə yeni rüsumlar tətbiq olunacaq.
"Oxu24.com"un xəbərinə görə, bu, "Dövlət rüsumu haqqında" Qanuna dəyişikliklərdə əksini tapıb. Belə ki, yanvarın 1-dən avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsi üçün rüsumlar 20 manatdan 40 manata qaldırılıb.
- Avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə rüsum 10 manat artırılaraq 20 manat məbləğində müəyyənləşib. - Digər sürücülük vəsiqəsi, o cümlədən traktorçu maşinist vəsiqəsi üçün rüsum artırılaraq 10 manat məbləğində müəyyənləşib. Əvvəl bu rəqəm 5 manat idi.