“WhatsApp”da yeni funksiya istifadəyə verilir: Qarşı tərəf bilməyəcək
07 Noyabr 2026, 21:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
129
07.11.2026, 21:37
“Ağdamda yaşamaq Qədir Rüstəmovun ailəsinin də haqqıdır. Bizə söz veriblər, onu gözləyirik. Deyiblər ki, mütləq Qədir müəllimin ailəsini evlə təmin edəcəyik. Bir az xəstəyəm, fikirləşirəm ki, görəsən orada yaşamağa ömrüm yetəcək?! Kaş Qədir müəllimin ocağının işığını Ağdamda yandıra bilsəydim.. Ömür vəfa etsə bütün arzularımı yerinə yetirəcəm. Ağdamın suyunu içib, havasını udmaq istəyirəm”.
Oxu24.com xəbər verir ki,bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar, Xalq artisti Qədir Rüstəmovun ömür-gün yoldaşı Fatma Rüstəmova deyib.
O daha sonra əlavə edib:
“Qədir müəllim Ağdam haqda yana-yana danışırdı. Ağdamın adı gələndə axar sular durulurdu.. Qədir müəllim son dəfə elə Ağdam sözünə reaksiya verdi. Aqil Abbas yalandan qulağına pıçıldadı ki, “Qədir, Ağdam alınıb, dur gedək”.. Qədir müəllim can üstə idi, amma bu sözdən sonra əli tərpəndi. Reaksiyası bu oldu. Kim Ağdamda yaşamaq istəyirsə ona ev versinlər, gedib yaşasın. Məcburi heç kimi Ağdama aparmasınlar. Kim orada yaşamaq istəyirsə o getsin”.
Fatma Rüstəmova Aqil Abbasın Ağdamla bağlı çıxışından da danışıb:
“Aqil Abbasın Milli Məclisdə Ağdamla bağlı çıxışını izlədim. O çox düzgün danışdı və təqdirəlayiq fikirlər söylədi. Aqil müəllim ağıllı insandır. Milli Məclisdə Aqil Abbasdan çox danışan, fikir söyləyən deputat yoxdur. Mən görməmişəm. Ondan aktivi var ki? Yeni-yeni ideyalar irəli sürür. Xalqın içindən çıxdığını hər çıxışında sübut edir. Aqil müəllim Ağdamlıdır, torpağını, vətənini sevən bir insandır. O gözünü açandan Ağdamı görüb. Oranın vətəndaşıdır. Nə aidiyyatı var ki, o Ağdamda qeydiyyatdadır yaxud da qeydiyyatda deyil? Onun ürəyi Ağdamda döyülür. Əlbəttə ki, Aqil Abbasın Ağdamda yaşamaq birbaşa haqqıdır. Onların böyük evləri, həyətləri var idi. O boyda həyətdən bir parça torpaq, yaxud da həmin mülkün yerində tikilən evdən 3 otaq Aqil Abbasa verməyəcəklər?! Bütün xalq, hər kəs onun bu fikirlərinə dəstək göstərdi. Elə biz özümüz də. Aqil Abbasla Qədir Rüstəmov bilirsiniz ki, çox yaxın dost olublar. Hər zaman da Qədir müəllimi yada salıb, işıqlandırıb, onun haqda əsərlər yazıb. Çox sevinərəm ki, Aqil Abbas gedib Ağdamda yaşasın”.
21:49 / 07 Noyabr 2026
1
21:47 / 07 Noyabr 2026
10
21:44 / 07 Noyabr 2026
20
21:36 / 07 Noyabr 2026
38
21:33 / 07 Noyabr 2026
38
21:20 / 07 Noyabr 2026
53
21:18 / 07 Noyabr 2026
60
21:09 / 07 Noyabr 2026
68
21:03 / 07 Noyabr 2026
179
20:57 / 07 Noyabr 2026
85
20:54 / 07 Noyabr 2026
184
20:45 / 07 Noyabr 2026
231
20:38 / 07 Noyabr 2026
97
20:20 / 07 Noyabr 2026
2496
20:15 / 07 Noyabr 2026
121
20:10 / 07 Noyabr 2026
112
20:03 / 07 Noyabr 2026
89
19:58 / 07 Noyabr 2026
120
19:53 / 07 Noyabr 2026
4323
19:38 / 07 Noyabr 2026
112
19:37 / 07 Noyabr 2026
124
19:24 / 07 Noyabr 2026
928
19:11 / 07 Noyabr 2026
161
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.