Bazar günü ilə ölkə üzrə XƏBƏRDARLIQ
07 Noyabr 2026, 23:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
51
07.11.2026, 22:49
Azərbaycanda Aİ-92 markalı benzin və dizel yanacağının kimyəvi nişanlanmasının tətbiqi əlavə xərclərin yaranmasına səbəb ola bilər. Belə ki, bu proses üçün xüsusi kimyəvi maddələrin alınması, yanacağa vurulması, saxlanması və daşınması müəyyən maliyyə vəsaiti tələb edir.
Bu isə istehlakçıları həmin xərclərin yanacağın satış qiymətinə təsir edib-etməyəcəyi barədə düşündürür.
Bəs, kimyəvi nişanlanmanın tətbiqi Aİ-92 markalı benzin və dizel yanacağının bahalaşmasına gətirib çıxara bilərmi?
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, kimyəvi nişanlanma və digər standartlara uyğunlaşma ilə bağlı xərclər qiymət formalaşması prosesində əvvəlcədən nəzərə alınmalıdır.
İnanıram ki, heç bir fəsadla üzləşməyəcəyik”
Onun sözlərinə görə, yanacağın qiyməti Tarif Şurası tərəfindən müəyyənləşdirilir və kimyəvi nişanlanma ilə bağlı yaranan xərclər də mövcud qiymət mexanizminə daxil edilməlidir:
“Əgər kimyəvi nişanlanmanın müəyyən xərci varsa, bu prosesin maliyyə yükü qiymət formalaşması zamanı nəzərə alınır. Ona görə də indidən bu yeniliyin yanacağın bahalaşmasına səbəb olacağını söyləmək və qiymət artımına əsas kimi təqdim etmək əsassızdır. Ümumiyyətlə, yanacaq məhsullarının qiymətinin müəyyənləşdirilməsi Tarif Şurasının səlahiyyətindədir”.
İqtisadçı-ekspert Əkrəm Həsənov isə hesab edir ki, kimyəvi nişanlanma müəyyən əlavə maliyyə xərcləri yaradacaq. Bu xərclərə xüsusi maddələrin alınması, saxlanması, daşınması, yanacağa vurulması və inzibati proseslər daxildir.
Ekspertin fikrincə, əlavə xərclərin yaranması avtomatik olaraq yanacağın qiymətinin artırılması demək deyil. Çünki Azərbaycanda yanacağın qiyməti dövlət tərəfindən tənzimlənir və yaranan maliyyə yükü dövlətin üzərinə götürməsi də mümkündür.
Bununla belə, Ə.Həsənov gələcəkdə qiymət artımının baş verməsi ehtimalını istisna etmir:
“Bu o demək deyil ki, kimyəvi nişanlanmaya görə qiymət dərhal artacaq. Çünki Azərbaycanda bu, tənzimlənən qiymətdir və dövlət həmin xərcləri öz üzərinə götürə bilər. Amma gələcəkdə qiymət artımı ehtimalı böyükdür. Yəni bu prosesin təsiri dərhal deyil, müəyyən müddətdən sonra da özünü göstərə bilər”.
Beləliklə, ekspertlərin yanaşmaları fərqlidir: Fuad İbrahimov kimyəvi nişanlanma xərclərinin mövcud qiymət mexanizmi daxilində nəzərə alınmalı olduğunu vurğulayır, Əkrəm Həsənov isə bu yeniliyin gələcəkdə yanacağın bahalaşması üçün əlavə amilə çevrilə biləcəyini düşünür.
23:08 / 07 Noyabr 2026
1
23:02 / 07 Noyabr 2026
35
22:57 / 07 Noyabr 2026
38
22:46 / 07 Noyabr 2026
52
22:17 / 07 Noyabr 2026
87
22:07 / 07 Noyabr 2026
1394
21:49 / 07 Noyabr 2026
297
21:47 / 07 Noyabr 2026
111
21:44 / 07 Noyabr 2026
83
21:37 / 07 Noyabr 2026
320
21:36 / 07 Noyabr 2026
115
21:33 / 07 Noyabr 2026
125
21:20 / 07 Noyabr 2026
101
21:18 / 07 Noyabr 2026
107
21:09 / 07 Noyabr 2026
117
21:03 / 07 Noyabr 2026
362
20:57 / 07 Noyabr 2026
121
20:54 / 07 Noyabr 2026
730
20:45 / 07 Noyabr 2026
275
20:38 / 07 Noyabr 2026
138
20:20 / 07 Noyabr 2026
3578
20:15 / 07 Noyabr 2026
159
20:10 / 07 Noyabr 2026
133
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.