Qaynar xətt:

(+99450) 247 90 86

“Azəri Vandam”ı Bakıda döydülər

“Azəri Vandam”ı Bakıda döydülər

CƏMİYYƏT

1621

22.10.2018, 16:03

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
 Özünü “Azəri Vandam” kimi təqdim edərək sosial şəbəkələrdə videolarını paylaşan Zaqatala sakinini Bakıda döyüblər.
Yenicag.az-ın əldə etdiyi məlumata görə, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. Onun metronun Nəriman Nərimanov stansiyasının ətrafında özünü “Vandam” kimi təqdim edib, səs-küy salması ətrafdakılar tərəfindən xoş qarşılanmayıb.
Bu zaman gənclərdən biri “Azəri Vandam”a yaxınlaşaraq “bambılılıq etmə, ətrafda insanlar var” deyib. “Azəri Vandam”ın gəncə cavab qaytarması ona baha başa gəlib. Belə ki, adını dəqiqləşdirə bilmədiyimiz gənc “Azəri Vandam”ı sillə-təpiyə “qonaq edib”. Ətrafdakıların müdaxiləsindən sonra davanın böyüməsinin qarşısı alınıb.