Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6331
az

Azərbaycanda maşınların texniki baxışı ilə bağlı mühüm - QƏRAR

12:1222 Oktyabr, 2018
897
CƏMİYYƏT
  • A
  Azərbaycanda daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq, bütün mexaniki nəqliyyat vasitələrinin və qoşqularının (yarımqoşqularının) dövlət texniki baxışı üçün nəzərdə tutulan müddət ləğv olunub.
Oxu24.com xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edib.
Sənəd baş nazir Novruz Məmmədovtərəfindən imzalanıb.İndiyədək Əsasnamədə qeyd olunmuşdu ki, ölkədə daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq, bütün mexaniki nəqliyyat vasitələrinə və qoşqularına (yarımqoşqularına) dövlət texniki baxışı yanvarın 1-dən oktyabrın 31-dək olan müddətdə həyata keçirilir.

Dəyişikliyə əsasən, bu müddət məhdudiyyəti götürülüb. Növbəti texniki baxışın keçiriləcəyi gün müəyyən edilərkən nəzərdə tutulmuş müddətlər əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanır. Nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

Əsasnaməyə əsasən, texniki baxış belə həyata keçirilir: Tramvaylar və trolleybuslar, hüquqi və fiziki şəxslərin yarış məqsədli idman nəqliyyat vasitələri, Silahlı Qüvvələrin və digər birləşmələrin mexaniki nəqliyyat vasitələri, həmçinin avtobuslar, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələri, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələri ildə bir dəfə texniki baxışdan keçir.

Hüquqi və fiziki şəxslərə məxsus olan (Silahlı Qüvvələrdən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşqularına görə:

İstehsal olunduqları vaxtdan dörd il keçdikdə iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan 10 il keçdikdə ildə bir dəfə texniki baxışdan keçməlidirlər.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran valyutası ilə bağlı KRİTİK QƏRAR -Dörd sıfır silinəcək
Bu ölkədə 6,1 bal gücündə ZƏLZƏLƏ OLDU
Suriyanın yeni xarici işlər naziri o oldu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ