Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6316
az

Hər bürcün öz günahı: Bəs sən hansı günaha meyllisən?.

18:0621 Oktyabr, 2018
1314
CƏMİYYƏT
  • A

Kim günah əməl törətmir ki?.. Bizlərə boş-boşuna “günahkar bəndə” demirlər. Amma günahlar da müxtəlif olur.

Bəzən biz eyni günahı təkrar-təkrar törədirik. Belə günahları Zodiak bürclərinə əsasən də təsnif etmək mümkündür. Beləliklə, Bizimyol.info hər bir bürcün daha çox meylləndiyi günahların siyahısını təqdim edir:
Qoç
Çəkişməyə meyllisən. Paxıllıq və ambisiya hissləri səni başqaları ilə yarışa girməyə məcbur edir. Məsələn, başqa birisinin səndən daha yaxşı geyinməsi də səni qıcıqlandırır. Sakitləş, sadəcə, həyatdan zövq al.
Buğa
Maddi rifahdan həzz almağa meyllisən. Dünya nemətlərinə çox bağlısan. Bahalı yataq, qızıl nimçə rahatlıqdır, amma günahdır. Sadə həyata can at.
Əkizlər
Açıq danışaq: İkiüzlü adamsan. Yalan danışmaqdan və ikiüzlülük etməkdən qətiyyən çəkinmirsən. Ola bilsin ki, bu xasiyyətin sənə uğur gətirir, amma günahını da yaddan çıxarma.
Xərçəng
Zina edirsən. Yəni həyat yoldaşına və ya sevgilinə xəyanət edirsən. Boynundan atmağa çalışma, sən hər fürsətdə bu xəyanəti təkrarlayırsan.
Şir
Lovğa adamsan. Doğrudur, özünə o qədər də arxayın deyilsən, öz zəifliklərini özün də yaxşı bilirsən, amma həmişə özünü başqalarından yüksək tutursan.
Qız
Qeybət üçün yaranmısan. Bütün günü onun-bunun dalınca danışırsan və bundan həzz alırsan. İndi çalış insanların arxasınca danışdıqlarını onların üzünə de… Bacarmazsan! Səninki qeybətdir!..
Tərəzi
El arasında sənin kimiləri “avara” adlandırırlar. Hər imkanda gəzintiyə çıxmaq, yeyib-içib əylənmək!.. Ağlına gələn yalnız budur. Faydalı işlər barədə düşünmürsən.
Əqrəb
Ehtiraslı və həssas adamsan. Amma sədaqətlisən. Həyat yoldaşına və ya sevgilinə xəyanət etmək istəmirsən. Yaxşı xasiyyətdir. Amma xəyanətsiz olsa da belə, ehtiras bu dünyanın sərvətidir, çox da aludə olma.
Oxatan
Sənə neçə dəfə deyiblər ki, boşboğazlıq etmə! Yüngül hərəkətlər, şit söhbətlərlə başqalarını güldürmək mənalı bir iş deyil. Hələ üstəlik, bu xasiyyətinlə lovğalanırsan.
Oğlaq
Acgöz adam olduğunu özün də başa düşürsən. Sənə pul lazımdır. Pula görə ömrünün hər saniyəsini işləməyə hazırsan. Bəlkə bu heç günah da deyil. Amma bilmək istərdik ki, yaşamağa da vaxt ayırmaq fikrin varmı?..
Dolça
“Sən çox özbaşına adamsan!” – yəqin ki, bunu sənə çox deyiblər. Sən nə ağsaqqal tanıyırsan, nə də qayda-qanun… Bütün dünya şərqə getsə, sən qərbə gedəcəksən. Ağlına gələni edirsən və bütün bunları əsaslandırmaq üçün öz dəlillərin var. Bu davranış tərzin özünə və başqalarına problem yaradır, amma heç vaxt bunu boynuna almırsan.
Balıqlar
Açılmamış istedadların var. Öz istedadını boşuna xərcləyirsən. Bəlkə də dünyanın ən məşhur yazıçısı, futbolçusu, müğənnisi və ya aktyoru ola bilərdin. Amma bax gör, hansı işlə məşğul olursan. Tanrının sənə verdiyi istedadı boşuna xərcləmək günah deyilmi?.. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran valyutası ilə bağlı KRİTİK QƏRAR -Dörd sıfır silinəcək
Bu ölkədə 6,1 bal gücündə ZƏLZƏLƏ OLDU
Suriyanın yeni xarici işlər naziri o oldu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ