Birinci xanımlar çay masasında
08 Noyabr 2026, 17:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1067
23.12.2021, 10:00
İcbari Tibbi Sığorta Agentliyi 3 istiqamət üzrə mühüm dəyişikliklər edib. Artıq rayon qeydiyyatında olub Bakıda yaşayan vətəndaşların da işi asanlaşacaq. Sığortalı şəxslər ambulator müalicə üçün rahat şəkildə TƏBİB-in tabeliyində olan bütün tibb müəssisələrinə müraciət edə biləcəklər. Daha bir yenilik isə agentliyin müqavilə bağladığı özəl xəstəxanalarla bağlıdır.
Oxu24.com xəbər verir ki, Vətəndaşlardan amblator müalicə üçün göndəriş vərəqəsi tələb olunmayacaq.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Sığortaolunanlara ixtisaslaşdırılmış tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi" qaydasına dəyişikliklər edib. Agentliyin departament rəhbəri Aynurə Əhmədova bildirib ki, artıq vətəndaşlar yaşadıqları və ya qeydiyyatda olduqları ərazidən asılı olmayaraq ixtisaslaşdırılmış ambulator tibbi yardım üçün göndəriş olmadan yaşadığı ərazi üzrə, eləcə də Bakı da daxil olmaqla digər şəhər və rayonlarda tibb müəssisəsinə müraciət edə biləcəklər.
Agentlik özəl tibb müəssisələri ilə bağlı da mühüm yenilik edib.
Aynurə Əhmədova qeyd edib ki, dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri sığortalı vətəndaşlara ixtisaslaşırılmış tibbi xidmət göstərə bilmədikdə agentliyi məlumatlandıra biləcəklər. Müraciət əsasında, vətəndaşların müalicəsi digər xəstəxanalarda aparılacaq.
Qeyd edək ki, İcbari tibbi sığortanın Xidmətlər Zərfinə 2550 sayda tibbi xidmət daxildir.
17:27 / 08 Noyabr 2026
20
17:23 / 08 Noyabr 2026
55
17:20 / 08 Noyabr 2026
277
17:18 / 08 Noyabr 2026
48
17:14 / 08 Noyabr 2026
59
16:34 / 08 Noyabr 2026
1299
16:25 / 08 Noyabr 2026
83
16:12 / 08 Noyabr 2026
163
16:06 / 08 Noyabr 2026
191
15:17 / 08 Noyabr 2026
160
15:13 / 08 Noyabr 2026
698
14:59 / 08 Noyabr 2026
133
14:54 / 08 Noyabr 2026
136
14:49 / 08 Noyabr 2026
134
14:44 / 08 Noyabr 2026
286
14:31 / 08 Noyabr 2026
138
13:45 / 08 Noyabr 2026
332
13:35 / 08 Noyabr 2026
796
13:21 / 08 Noyabr 2026
168
13:16 / 08 Noyabr 2026
168
13:06 / 08 Noyabr 2026
156
12:47 / 08 Noyabr 2026
1062
12:46 / 08 Noyabr 2026
149
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.