Qocalmanı ləngidən sadə vərdiş: Həftədə ən azı bir dəfə etmək tövsiyə olunur
08 Noyabr 2026, 18:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
974
20.12.2021, 12:12
“Helikopterin idarə edilməsi zamanı çoxsaylı parametrlər üzrə qeydə alınmış məlumatlar əsasında Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, “ASG Helicopter Services” şirkətinin peşəkar mütəxəssisləri tərəfindən verilmiş rəy, eləcə də rəydə göstərilən halları təsdiq edən toplanmış sübutlarla istintaqın hazırkı mərhələsində müəyyən edilir ki, pilotların eniş zamanı küləyin istiqamətini və sürətini nəzərə almayaraq helikopterin istismar qaydalarına zidd olaraq idarəetmədə yol verdikləri kobud səhvlər helikopterin qəzaya uğramasına səbəb olub”.
Oxu24.com xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması faktı ilə bağlı istintaq olunan cinayət işi üzrə əldə olunmuş ilkin nəticələrə dair keçirilən brifinqdə Baş prokurorun birinci müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov deyib.
“Aparılan ilkin məhkəmə-tibbi müayinəsinə əsasən qəza nəticəsində həlak olan şəxslərin ölüm səbəbi müxtəlif dərəcəli bədən xəsarətləri alması nəticəsində yaranmış travmatik şok olub.
Qəzaya uğrayan helikopterin zərbə ilə yerə dəyməsi səbəbindən helikopterin sol qapısı və alın şüşəsi yerindən çıxıb, zərbələrin təsirindən helikopterdə olan şəxslərdən 4 nəfər çölə atılıb, onlardan 2-i aldıqları xəsarətlərin ağırlığından hadisə yerində ölüb, digər 2-i isə sağlamlığa az ağır zərərvurmaya aid müxtəlif xəsarətlər alıblar.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. İstintaqın detalları ilə bağlı digər həmkarlarım tərəfindən ətraflı məlumat veriləcək”, - o bildirib.
18:22 / 08 Noyabr 2026
12
18:13 / 08 Noyabr 2026
63
18:11 / 08 Noyabr 2026
40
18:09 / 08 Noyabr 2026
49
18:02 / 08 Noyabr 2026
3
17:43 / 08 Noyabr 2026
90
17:41 / 08 Noyabr 2026
82
17:27 / 08 Noyabr 2026
202
17:23 / 08 Noyabr 2026
108
17:20 / 08 Noyabr 2026
999
17:18 / 08 Noyabr 2026
71
17:14 / 08 Noyabr 2026
91
16:34 / 08 Noyabr 2026
2395
16:25 / 08 Noyabr 2026
92
16:12 / 08 Noyabr 2026
196
16:06 / 08 Noyabr 2026
211
15:17 / 08 Noyabr 2026
171
15:13 / 08 Noyabr 2026
884
14:59 / 08 Noyabr 2026
145
14:54 / 08 Noyabr 2026
146
14:49 / 08 Noyabr 2026
141
14:44 / 08 Noyabr 2026
300
14:31 / 08 Noyabr 2026
144
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.