Ərdoğanın sevdiyi mahnı Xankəndidə - Video
08 Noyabr 2026, 18:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
598
19.12.2021, 19:00
Göyçayın Ləkçıplaq kənd sakini Lətifə Əliyeva da həyətində becərdiyi nar məhsulundan hazırladığı narşərabla ailəsini dolandırır.
Milli.Az Sputnik-ə istinadən bildirir ki, Azərbaycanın bir çox regionlarında nar becərilsə də, onun əsas vətəni Göyçay hesab edilir. Rayonun bütün kəndlərində nar bağlarına rast gəlmək mümkündür. Fermerlər əsasən, narın Gülövşə, Balamürsəl, Vələs, Şıxbaba və şirin növlərinə üstünlük verirlər. Sentyabrın ilk günlərindən narı yığmağa başlayan fermerlər məhsulun birinci növünü Rusiyada, ikinci növünü paytaxt və region bazarlarında satırlar. Üçüncü növ məhsul isə şirə emalı zavodlarına təhvil verilir. Bundan əlavə, bol vitamin deposu, şəfa qaynağı olan nardan ev şəraitində nar şirəsi, narşərab, nar turşusu, nar çaxırı, limonad, mürəbbə, kompot hazırlanır.
Narşərab sənaye üsulu ilə istehsal edilsə də, alıcılar daha çox ev şəraitində hazırlanan narşəraba üstünlük verirlər. Əlbəttə, ev şəraitində hazırlanmış narşərab öz rəng və dad xüsusiyyəti ilə müsbət mənada seçilir. Göyçayın Qarabaqqal, Ləkçıplaq, Yekəxana, Yalman və bir çox kəndlərində hazırlanan narşərablar əsasən region, bəzən də paytaxt bazarlarına çıxarılır. Düzdür, bu məhsulun hazırlanmasında qadınların xeyli zəhməti olsa da, gəlir üçün əlverşli sahədir.
Müsahibimizin sözlərinə görə, bəzən məhsulu satmaq üçün bazara çıxarmağa ehtiyac yaranmır. Bir çox alıcılar kəndə gələrək narşərabını evlərdən alıb paytaxt bazarlarına daşıyırlar. Amma bəzi sakinlər hazırladıqları məhsulları region bazarlarına aparmaqla, bir qədər baha qiymətə sata bilirlər. Lətifə xanımın sözlərinə gröə, indi yerli bazarda bir litri 5 manata satılan narşərabın qiyməti qış aylarında ikiqat bahalaşaraq 10 manata qalxır. Adətən 20 kq nardan 12-13 kq nar giləsi, həmin dənələrdən isə 3 litr narşərab almaq mümkündür.
18:35 / 08 Noyabr 2026
1
18:30 / 08 Noyabr 2026
48
18:28 / 08 Noyabr 2026
27
18:22 / 08 Noyabr 2026
50
18:13 / 08 Noyabr 2026
85
18:11 / 08 Noyabr 2026
53
18:09 / 08 Noyabr 2026
67
18:02 / 08 Noyabr 2026
107
17:43 / 08 Noyabr 2026
94
17:41 / 08 Noyabr 2026
88
17:27 / 08 Noyabr 2026
211
17:23 / 08 Noyabr 2026
117
17:20 / 08 Noyabr 2026
1159
17:18 / 08 Noyabr 2026
74
17:14 / 08 Noyabr 2026
95
16:34 / 08 Noyabr 2026
2594
16:25 / 08 Noyabr 2026
94
16:12 / 08 Noyabr 2026
200
16:06 / 08 Noyabr 2026
216
15:17 / 08 Noyabr 2026
175
15:13 / 08 Noyabr 2026
936
14:59 / 08 Noyabr 2026
148
14:54 / 08 Noyabr 2026
150
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.