İran məktəbi vurmaq istəyibmiş — Azərbaycan rəsmən AÇIQLADI
05 Mart 2026, 17:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
470
18.12.2021, 22:53
Dünyanın iqtisadi çöküş yaşadığı, hətta bir çox nəhəng ölkələrdə inflyasiyanın baş verdiyi bir vaxtda Azərbaycanda fərqli mənzərə müşahidə edilir. Pandemiyanın iqtisadiyyata vurduğu milyardlar dəyərində zərərə, müharibədən çıxmış ölkə olaraq müasir silahlara elə o qədər vəsaitin xərclənməyinə, müharibə əlilləri və şəhid ailələrinə ayrılan aylıq müavinətlərə baxmayaraq Prezident İlham Əliyev tərəfindən əhalisinin yaşayış səviyyəsini yüksəltmək məqsədilə yeni sosial paketin ilk Sərəncamları imzalanıb.
Nəzərə alsaq ki, müharibədən 1 ildən bir az artıq vaxt keçməsinə baxmayaraq Azərbaycan işğaldan azad olunan ərazilərdə irimiqyaslı bərpa, quruculuq işləri görməyi bacarıb və bu istiqamətdə işlər tam gücü ilə davam etdirilir. O da diqqətə alınmalıdır ki, Ermənistan keçən 30 il ərzində işğal etdiyi ərazilərdə daşı-daş üstə qoymayıb, bütün tarixi, mədəni, irsi abidələrimiz yerlə-yeksan edilib, vandalizmin qurbanı olub, hələ bu azmış kimi həmin ərazilərin hər qarışı minalanıb və bu istiqamətdə işlərin aparılması üçün külli miqdarda vəsait tələb olunur. Bütün bu çətinliklərə rəğmən heç bir ölkənin, heç bir beynəlxalq humanitar təşkilatın maddi dəstəyi olmadan Azərbaycan qarşısındakı çətinliklərin öhdəsindən böyük məharətlə gəlir.
Belə bir vəziyyətdə dövlət başçısı Qarabağın dirçəldilməsi ilə yanaşı digər şəhər və rayonlarımızda infrastruktur layihələri davam etdirmək istiqamətində göstəriş və tapşırıqlar verməsi, özünün həmin yerlərdəki proseslə birbaşa maraqlanması, görülən işlərlə yerindəcə tanış olması İlham Əliyevin ölkənin hər qarşısında insanların rahat yaşayışının təmin olunmasına nə qədər önəm verdiyini, hər bir vətəndaşının onun üçün çox önəmli olduğunu göstərir.
Həmçinin oxuyun
Pandemiya, müharibə, müharibənin yaratdığı fəsadların aradan qaldırılması, işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işlərinin tez bir zamanda yekunlaşdırılması istiqamətində aparılan işlər heç şübhəsiz ki, sırf dövlət büdcəsi hesabına icra edilən proseslərdir. Bütün bunlarla yanaşı ötən gün Prezident İlham Əliyevin imzaladığı yeni sosial paketlə bağlı Sərəncamlar vətəndaşının rifahının, yaşayış səviyyəsinin daha da yaxşılaşdırılmasının dövlətin əsas prioritet istiqamətlərindən biri olduğunun təsdiqidir. Belə ki, bu istiqamətdə ilk Sərəncamla ölkəmizdə vətəndaş rifahının təminatı istiqamətində islahatların növbəti mərhələsinə start verildi.
Yeni Sərəncamla minimum əməkhaqqının aylıq məbləği artırılaraq 1 yanvar 2022-ci ildən etibarən 250 manatdan 300 manata çatdırılır. Eləcə də dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşlarının minimum məbləğləri də həmin Sərəncamlara uyğunlaşdırılacaq. Minimum əməkhaqqının artımı Vahid Tarif Cədvəlinin bütün pillələri üzrə artımlara imkan verəcək. Ümumilikdə minimum əməkhaqqının artımı 800 min nəfərə şamil olunacaq ki, bu o deməkdir ki, dövlət üzrə 400 min, özəl sektor üzrə də eyni sayda (400 min) işçinin mövcud əməkhaqqları yanvar ayından artacaq.
İlham Əliyevin əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına hesablanan bu Sərəncamları eyni zamanda bu istiqamətdə islahatların növbəti mərhələsinin başlanğıcıdır. Dövlət başçısı sözügedən Sərəncamlarla bir daha təsdiq etdi ki, Azərbaycan höküməti daim vətəndaşının yanındadır, hələ də maddi imkanları məhdud olan vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması diqqət mərkəzindədir və bu istiqamətdə növbəti addımlar da atılacaq. Gələn ilin ilk ayınından etibarən həyata keçiriləcək bu ciddi sosial paket Azərbaycan dövlətinin məqsədyönlü seçimidir.
17:21 / 05 Mart 2026
30
17:08 / 05 Mart 2026
358
17:06 / 05 Mart 2026
51
17:02 / 05 Mart 2026
41
16:57 / 05 Mart 2026
41
16:50 / 05 Mart 2026
185
16:47 / 05 Mart 2026
70
16:45 / 05 Mart 2026
45
16:42 / 05 Mart 2026
147
16:34 / 05 Mart 2026
802
16:28 / 05 Mart 2026
87
16:20 / 05 Mart 2026
793
16:16 / 05 Mart 2026
272
16:08 / 05 Mart 2026
85
16:06 / 05 Mart 2026
1383
16:04 / 05 Mart 2026
102
16:01 / 05 Mart 2026
887
15:56 / 05 Mart 2026
64
15:53 / 05 Mart 2026
59
15:46 / 05 Mart 2026
127
15:42 / 05 Mart 2026
84
15:32 / 05 Mart 2026
123
15:29 / 05 Mart 2026
247
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.