Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib
08 Noyabr 2026, 18:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
499
18.12.2021, 20:47
"Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı"na əsasən Əlahiddə Ümumqoşun Orduda taktiki-xüsusi təlim keçirilib. Təlimə cəlb edilmiş xüsusi təyinatlı bölmələrə qərargahlar tərəfindən verilmiş tapşırıqlar 44 günlük Vətən Müharibəsində qazanılan döyüş təcrübəsinin tətbiqi ilə icra edilib.
OXU24.COM Müdafiə Nazirliyinin mətbuat xidmətinə əsasən bildiriir ki, təlimin planına əsasən "Həyəcan" siqnalı ilə qaldırılan xüsusi təyinatlı bölmələrə təxribat hazırlığında olan şərti düşmənin terror qruplaşmasının zərərsizləşdirilməsi və eyni zamanda qruplaşmanın rəhbərinin sağ olaraq ələ keçirilməsi tapşırığı verilib.
Müxtəlif üsullarla təmas xəttini gizli şəkildə keçərək dağ aşırımlarından və ərazinin çətin keçiləbilən relyefindən istifadə edən xüsusi təyinatlılarımız düşmənin terror fəaliyyətləri planlaşdırdığı obyektə koordinasiyalı irəliləmə ilə yaxınlaşıb.
Vizual müşahidə və havadan kəşfiyyat aparmaqla komandirlər tərəfindən düşmən obyekti qiymətləndirilib və basqın həyata keçirilib.
Terror fəaliyyətlərinin gücləndirilməsi üçün köməyə gələn şərti düşmənin hərbi texnikası pusquya salınaraq sıradan çıxarılıb.
Yaxın məsafəli döyüşdə yaralanmış hərbi qulluqçuya döyüş yoldaşları tərəfindən ilk tibbi yardım göstərilib və təxliyyə edilib.
Çətin dağlıq şəraitdə aparılan antiterror əməliyyatı zamanı terror qruplaşmasının rəhbəri sağ olaraq ələ keçirilib və təxribatın planlaşdırıldığı obyekt sıradan çıxarılıb.
Tapşırıqları yüksək peşəkarlıq və səriştə ilə yerinə yetirən xüsusi təyinatlılarımızın nəqliyyat-döyüş helikopteri vasitəsilə təxliyyəsi həyata keçirilib.
18:39 / 08 Noyabr 2026
1
18:35 / 08 Noyabr 2026
36
18:30 / 08 Noyabr 2026
99
18:28 / 08 Noyabr 2026
66
18:22 / 08 Noyabr 2026
66
18:13 / 08 Noyabr 2026
101
18:11 / 08 Noyabr 2026
57
18:09 / 08 Noyabr 2026
76
18:02 / 08 Noyabr 2026
124
17:43 / 08 Noyabr 2026
100
17:41 / 08 Noyabr 2026
94
17:27 / 08 Noyabr 2026
221
17:23 / 08 Noyabr 2026
122
17:20 / 08 Noyabr 2026
1267
17:18 / 08 Noyabr 2026
78
17:14 / 08 Noyabr 2026
100
16:34 / 08 Noyabr 2026
2712
16:25 / 08 Noyabr 2026
97
16:12 / 08 Noyabr 2026
205
16:06 / 08 Noyabr 2026
221
15:17 / 08 Noyabr 2026
178
15:13 / 08 Noyabr 2026
969
14:59 / 08 Noyabr 2026
150
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.