Qaynar xətt:

(+99450) 247 90 86

Rəşid Mahmudov əməliyyat olundu

2018-10/1539889573_23-05-05-resid_283776.jpg

CƏMİYYƏT

1364

18.10.2018, 23:06

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun səhhətində problemlər yarandığı haqda xəbər vermişdik.
Oxu24.com modern.az-a istinadən bildirir ki, qarın boşluğunda yaranan ağrılar səbəbindən Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilən Rəşid Mahmudov bu gün əməliyyat olunub.
Bu haqda onun həmkarı, Tibb Universitetinin müəllimi Əli Əliyev bildirib:
"Dostumuz, kolleqam, layiqli ziyalımız Rəşid Mahmudovun səhhəti ictimaiyyəti ciddi narahat edir. Bu gün Rəşid müəllim əməliyyat olunub. Uğurlu keçib. Sabah mütləq özü ilə görüşəcəyəm. Durumu yaxşıdır. İnşallah qısa müddətdə bərpa olunacaq. Narahatlığa əsas yoxdur".