Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Müdafiə Nazirliyi açıqlama yaydı: Düşmən məhv edilib

SON DƏQİQƏ! Müdafiə Nazirliyi açıqlama yaydı: Düşmən məhv edilib

CƏMİYYƏT

4311

03.12.2021, 15:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz dekabrın 3-ü saat 13:00 radələrində erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb.
Bu barədə Oxu24.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib.
Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib. Hadisə barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.