Bayramda neçə gün evdəyik? — İş bu tarixdən BAŞLAYACAQ + TƏQVİM
18 Mart 2026, 13:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1027
03.12.2021, 08:40
Bildiyiniz kimi Covid-19-un “Omicron" ştammı dünyanın bir çox ölkələrində aşkarlanıb. Mütəxəssislər bildiriblər ki, yeni ştammın yayılma qabiliyyəti daha çoxdur və tezliklə bütün ölkələrə sıçraya bilər.
Əsas narahatedici, təşviş yaradacaq məqam bu virusun daha yoluxucu olmasıdır.
Vaksinlərin “Omicron” ştammından nə qədər qoruduğu məsələsinə gəldikdə isə mütəxəssislər qeyd edirlər ki, mövcud vaksinlər xəstəlik və ölümü azaltmaq üçün əhəmiyyətli olaraq qalır. Həmçinin, bir çox ölkələr öz sərhədlərini bağlayıblar.
Məsələ ilə bağlı Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, millət vəkili Məlahət İbrahimqızı bildirib ki, Azərbaycanda hələ koronavirus xəstəsi müşahidə olunmadığı vaxtda hökumət konkret profilaktik qabaqlayıcı tədbirlər planı hazırladı:
“Sözsüz ki, dünyanın bir çox ölkələrində "Omicron" ştammının meydana çıxması ilə hökumət kompleks tədbirləri bir daha nəzərdən keçirəcək və gücləndirəcək. Əminəm ki, Azərbaycanda "Omicron" ştammı ilə bağlı təhlükə olmayacaq. Koronavirusun 6 ştmammı çıxsa da hələ bu günə qədər səhiyyənin ən çox inkişaf etdiyi güclü ölkələrdə belə 4 qızıl qaydadan əlavə bir kəşf olmayıb. Digər bütün ölkələrdə də eyni önləyici tədbirlərdir, tibbi maskalardan istifadə etmək, sosial məsafəni qorumaq, şəxsi gigiyena və ən vacibi isə vaksinləşmədir.
Həmçinin oxuyun
Digər tərəfdən düşünmürəm ki, Azərbaycanda elə katastrofik vəziyyət ola bilsin ki, sərhədlər bağlansın və yenidən ən sərt karantin qaydalarına dönüş olsun. Ölkədə virusun gedişatı ilə bağlı məsələlər müşahidə edilir. Hətta Zirvə Samittlərinin ən birinci mövzusu dünyada koronavirusla mübarizə məsələsidir. Hesab edirəm ki, yeni ştammla bağlı ən xırda təhlükə ehtimalı olanda Operativ Qərargah tərəfindən konkret tədbirlər görüləcək".
Millət vəkili Vüqar İsgəndərov qeyd edib ki, koronavirusun yeni ştammlarının meydana gəlməsi gözlənilən idi:
"Sayca 6-cı ştamm olan "Omicron" artıq inkişaf etmiş ölkələrdə də yayılmağa başlayıb. Hələki Azərbaycanda bu ştamma yoluxma halı aşkarlanmayıb. Lakin biz kosmosda yaşamırıq, təbii ki, bu ştammın ölkəmizdə üzə çıxması halı ola bilər. Sadəcə olaraq bununla bağlı qabaqlayıcı tədbirlərin alınması çox vacibdir. Qarşıdan isə Yeni il və Dünya azərbaycanlılarını həmrəyliyi günü gəlir.
Bu baxımdan şəhərdə, parklarda toplu şəkildə insanlar olacaqlar. Ona görə də əvvəlcədən profilaktik işlərin görülməsini təmin etməliyik. Düşünürəm ki, hazrda heç bir təşvişə ehtiyac yoxdur və Operativ Qərargah tərəfindən hələki hansısa sərt karantin və ya sərhədlərin bağlanması ilə bağlı qərar verilməyib. Fikrimcə hazırda buna ehtiyac da yoxdur. Əlbəttə ki, arxayın olmaq olmaz. Bu bəladan ölkəmizdə də çoxlu insanlar həyatını itirib. Dünyada bu problemdən yeganə çıxış yolu kimi peyvəndləşmə tövsiyə olunur. Düşünürəm ki, insanların böyük əksəriyyəti mütləq peyvənd olunmalıdır. Çünki vaksin olunan insan yoluxsa da simptomları yüngül keçirir".
13:45 / 18 Mart 2026
37
13:33 / 18 Mart 2026
32
13:29 / 18 Mart 2026
87
13:19 / 18 Mart 2026
29
13:12 / 18 Mart 2026
26
12:44 / 18 Mart 2026
49
12:41 / 18 Mart 2026
41
12:39 / 18 Mart 2026
45
12:32 / 18 Mart 2026
507
12:29 / 18 Mart 2026
41
12:24 / 18 Mart 2026
51
12:17 / 18 Mart 2026
51
11:59 / 18 Mart 2026
557
11:58 / 18 Mart 2026
72
11:50 / 18 Mart 2026
190
11:45 / 18 Mart 2026
46
11:37 / 18 Mart 2026
60
11:31 / 18 Mart 2026
44
11:15 / 18 Mart 2026
60
11:12 / 18 Mart 2026
49
11:10 / 18 Mart 2026
77
10:55 / 18 Mart 2026
2009
10:28 / 18 Mart 2026
266
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.