Fəaliyyətinə icazə verilən plastik cərrahların siyahısında dəyişiklik edilib
18 Fevral 2026, 10:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
416
02.12.2021, 22:24
Günümüzdə rəsmi geyimlərin əsasını təşkil edən qalstukun ilk dəfə olaraq harada yaranması mübahisəlidir. Bəziləri onun qədim Misirdə, bəziləri isə Çində istifadə olunduğunu bildirir. Çoxları güman edir ki, qədim Çin imperatoru Şi Xuan Din müasir qalstuka bənzər aksesuar istifadə edib. Hərçənd ki, həmin qalstuklar müasir xələflərindən xeyli dərəcədə fərqlənirdilər, düyün vurulmurdu və bugünkündən fərqli olaraq konkret məna kəsb edirdi.
Qalstukun avropa mədəniyyətinə gəlişi isə 17-ci əsrin ortalarına təsadüf edir. Belə ki, 1635-ci ildə 30 illik müharibə dövründə, Fransa Kralı XIII Luis üçün döyüşən 160 minə yaxın legioner arasında bir qrup əsgər var idi ki, onlar geyimlərindəki bir elementə görə digər döyüşçülərdən fərqlənirdilər. Xorvatiyadan olan bu əsgərlərin boğazlarına bağladıqları dəsmallar kralın diqqətini cəlb etmişdi. Müharibə bitdikdən sonra Parisə qayıdan həmin cəngavərlər kralın hüzuruna gətirilir. Onların boynundakı rəngli dəsmallar kralın o qədər xoşuna gəlir ki, boğazına dəsmal bağlayan əsgərlərdən ibarət alay yaradır. Bu alayın adı isə "croat" yəni "xorvat" olur.
Bundan sonra qalstuk fransız elitası arasında geniş yayılır. Daha sonra bu dəb İngiltərədə də populyarlaşır.
İlk vaxtlarda fransada qalstuku 5 formada bağlamaq mümkün idisə, hazırda bu rəqəm 200-ə yaxındır. Geyim aksessuarının əhatə dairəsi 70-ci illərdən sonra daha çox genişləndi.
Avropada geniş yayılan bu geyim aksessuarından müsəlman dövlətlərində yaşayan kişilər demək olar ki, istifadə etmirlər. Bunun dinlə hansısa bir əlaqəsi varmı?
Həmçinin oxuyun
Milli.Az modern.az-a istinadən bildirir ki, tanınmış ilahiyyatçı, Qafqaz Müəslmanları İdarəsinin (QMİ) rəsmisi Hacı Şahin bunun səbəblərini açıqlayıb:
"Ümumən dində belə bir prinsip var ki, yad mədəniyyətin təsirindən özünüzü qoruyun. Amma bununla belə demək olmaz ki, müsəlman ölkələrində qalstukdan istifadə olunmur. Bir çox müsəlman ölkələrində bu geyim aksessuarı istifadə olunur. Təbii ki, dində qalstukla bağlı konkret olaraq hansısa qadağa yoxdur. Ümumi belə bir prinsip var ki, yad mədəniyyətini təsirindən özünüzü qoruyun. Quranda da buna uyğun ayələr var. Bəziləri qalstuku Qərb mədəniyyətinin rəmzi hesab etdiyindən ondan imtina edir. Bu həm də milliliyi qorumaq məqsədi daşıyır".
İlahiyyatçı qeyd edib ki, bəzi müsəlman xalqlar da öz mədəniyyətlərini qorumaq üçün milli geyimlərinə üstünlük verirlər və bu səbəbədən qalstukdan istifadə etmirlər.
"Din xadimləri bəzən ruhani paltarda olduqlarından qalstukdan istifadə etmirlər. Pakistan, Əfqanıstan və Ərəb ölkələrində çox vaxt üstünlüyü milli geyimlərə verirlər, İranda isə qalstukdan istifadə olunmur. Amma eyni zamanda adını çəkdiyim ölkələrdə bəziləri qalstukdan istifadə edir. Yəni, bu daha çox şəxsi seçim və milli adətlərlə bağlı olan məsələdir", - deyə Hacı Şahin bildirib.
10:33 / 18 Fevral 2026
1
10:24 / 18 Fevral 2026
83
10:20 / 18 Fevral 2026
19
10:16 / 18 Fevral 2026
20
09:56 / 18 Fevral 2026
39
09:00 / 18 Fevral 2026
112
08:58 / 18 Fevral 2026
74
02:13 / 18 Fevral 2026
159
23:51 / 17 Fevral 2026
210
23:36 / 17 Fevral 2026
260
23:30 / 17 Fevral 2026
206
23:13 / 17 Fevral 2026
94
23:10 / 17 Fevral 2026
141
23:10 / 17 Fevral 2026
87
23:03 / 17 Fevral 2026
97
23:00 / 17 Fevral 2026
104
22:56 / 17 Fevral 2026
101
22:52 / 17 Fevral 2026
524
22:39 / 17 Fevral 2026
154
22:13 / 17 Fevral 2026
100
22:09 / 17 Fevral 2026
249
22:01 / 17 Fevral 2026
279
21:57 / 17 Fevral 2026
504
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.