Zakir Həsənovun TƏBRİKİ
09 Noyabr 2026, 12:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
412
02.12.2021, 18:43
Wolt şirkəti gələn ilin əvvəllərində Wolt Market-i təqdim edəcək - 30 dəqiqədən də qısa müddətdə ərzaq məhsullarını qapınıza çatdıracaq supermarket konsepti. İlk mağazalar Bakı şəhərində işə salınacaq və ilk əməkdaşların işə götürülmə prosesi artıq başlamışdır.
Əgər Bakıda yaşayırsınızsa, tezliklə Wolt tətbiqindən qapınıza çatdırılma ilə ərzaq məhsullarını sifariş edə biləcəksiniz. Ərzaq məhsullarının sürətli və rahat çatdırılmasına maraq getdikcə artmaqdadır və Wolt yeni supermarket konseptini test etmək üçün irəli addım atır.
2022-ci ilin ilk rübündə Wolt Bakıda müştərilərə geniş yemək və ərzaq məhsulları təqdim edəcək fiziki supermarketi istifadəyə verəcək. Xatırladaq ki, eyni zamanda siz Wolt platforması üzərindən 3-cü şəxs mağaza və supermarketlərdən də sifariş edə bilərsiniz (məsələn, Araz Supermarket, Neptun Supermarket və s.). Wolt tətbiqindən istifadə edərək, istifadəçilər 1500-dən artıq məhsul siyahısından seçim edə biləcəklər. Əsas məqsəd seçilən məhsullardan asılı olmayaraq çatdırılmanı 30 dəqiqə ərzində təmin etməkdir.
Wolt şirkətinin idarə heyətinin sədri Natalia Khizanishvili deyir: "Müştərilərimizin ərzaq çatdırılmasına marağı çox böyükdür və tələbat gündən günə artmaqdadır. Biz inanırıq ki, geniş mağaza seçimi təqdim edərək istifadəçilərimizə ən rahat çatdırılma təcrübəsi bəxş edə biləcəyik. Wolt Market artıq mövcud olan populyar partnyorlarımızın siyahısına möhtəşəm bir əlavədir və biz bu konseptin Azərbaycanda işə başlamasını səbirsizliklə gözləyirik".
Wolt Market artıq çox uğurlu şəkildə bir neçə ölkədə test olunur. Belə ki, Finlandiya və Yunanıstan kimi ölkələrdə müştərilər ən populyar məhsulları asanlıqla sifariş edə bilirlər. Əgər siz Azərbaycanda Wolt Market layihəsinin ilk əməkdaşlarından biri olmaq istəyirsinizsə, wolt.com/jobs keçidindən istifadə edərək CV-lərinizi Wolt şirkətinə göndərə bilərsiniz.
Qeyd edək ki, artıq yarımilə yaxındır Bakı, Gəncə və Sumqayıt şəhərlərinin sakinləri Wolt ilə həm supermarketlər, həm də başqa müxtəlif pərakəndə satış nöqtələrindən sifariş edə bilirlər və platformaya gündəlik olaraq yeni məkanlar əlavə olunur.
12:55 / 09 Noyabr 2026
1
12:40 / 09 Noyabr 2026
113
12:27 / 09 Noyabr 2026
78
12:15 / 09 Noyabr 2026
174
12:03 / 09 Noyabr 2026
635
11:56 / 09 Noyabr 2026
102
11:56 / 09 Noyabr 2026
139
11:43 / 09 Noyabr 2026
102
11:37 / 09 Noyabr 2026
217
11:34 / 09 Noyabr 2026
100
11:30 / 09 Noyabr 2026
88
11:22 / 09 Noyabr 2026
103
11:09 / 09 Noyabr 2026
240
11:05 / 09 Noyabr 2026
147
10:55 / 09 Noyabr 2026
207
10:51 / 09 Noyabr 2026
406
10:44 / 09 Noyabr 2026
183
10:38 / 09 Noyabr 2026
239
10:30 / 09 Noyabr 2026
140
10:27 / 09 Noyabr 2026
125
10:10 / 09 Noyabr 2026
203
10:09 / 09 Noyabr 2026
233
10:00 / 09 Noyabr 2026
257
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.