Noyabrda pensiya gözləyənlərə XƏBƏR
09 Noyabr 2026, 12:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
517
01.12.2021, 17:55
Xızıdakı “Qaraheybət” aviasiya poliqonunda baş vermiş helikopter qəzasının 14 şəhid hərbçisindən biri də leytenant Abdulla Telman oğlu Süleymanovdur.
OXU24.COM xəbər verir ki, əslən Cəbrayıl rayonunun Çərəkən kəndindən olan 22 yaşlı Abdullanın dayısı Səbuhi Zamanov bacısı oğlu haqqında qısa da olsa, Modern.az-a danışıb:
“Abdulla Dövlət Sərhəd Xidmətinin Akademiyasını bitirib, 22 yaşı vardı, subay idi. O, Vətən müharibəsində iştirak etmişdi, Zəngilanda və digər rayonlarda gedən döyüşlərdə vuruşmuşdu”.
Müsahibimiz deyib ki, şəhid Abdulla Süleymanovun ailəsi 1993-cü ildən Cəbrayıl rayonunu məcburi köçkün kimi tərk edəndən sonra ağır həyat şəraiti sürüblər. Ailə əvvəlcə Azərbaycan Texniki Universitetinin yataqxanasında məskunlaşıb. Uzun illər yataqxana şəraitində ağır məhrumiyyətlər içində yaşayan Abdulla bütün çətinliklərə rəğmən, ali təhsil alıb, həm də çətin sahəni seçib - hərbçi peşəsinə yiyələnib.
Dayısı deyir ki, Abdullanın hərbi sahəni seçməsi səbəbsiz deyildi, doğma rayonu 28 il düşmən tapdağı altında olan bu gənc oğlan torpaqlarımızın azad edilməsini arzulayır, düşməndən qisas almaq üçün alışıb-yanırdı.
“Vətən müharibəsinə də o amalla qatılmışdı. Doğma Cəbrayıl işğaldan azad ediləndə Abdullanın sevincinin həddi-hüdudu yox idi”.
Uzun illər Texniki Universitetinin yataqxanasında yaşamağa məcbur olan şəhid Abdulla Süleymanovun ailəsi, nəhayət, bir müddət əvvəl Qobu qəsəbəsində salınmış köçkün şəhərciyində mənzillə təmin olunub. Amma Abdulla həmin məzildə doyunca, rahat güzəran sürə bilmədi.
“Abdullagil ailədə 2 qardaş olublar. Onları anaları böyüdüb. Atası uşaqlar balacaykən ailəsini ataraq gedib və sonra dünyasını dəyişib. Bacım o uşaqları yetimliklə, min bir əziyyət çəkərək, öz gücü və halal zəhməti sayəsində böyütmüşüdü. Biz Abdulla ilə dayı-bala həmişə müxtəlif məsələlərdən söhbət edirdik. Onun o qədər arzuları var idi... Hamısı yarımçıq qaldı”.
Şəhidin dayısı söhbəti davam etdirə bilmədi… Bir neçə cəhddə qəhər onu boğduğundan, bizimlə sağollaşmağa məcbur oldu...
Qeyd edək ki, dünənki helikopter qəzası ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.
13:11 / 09 Noyabr 2026
19
12:57 / 09 Noyabr 2026
249
12:55 / 09 Noyabr 2026
56
12:40 / 09 Noyabr 2026
144
12:27 / 09 Noyabr 2026
95
12:15 / 09 Noyabr 2026
212
12:03 / 09 Noyabr 2026
791
11:56 / 09 Noyabr 2026
109
11:56 / 09 Noyabr 2026
147
11:43 / 09 Noyabr 2026
109
11:37 / 09 Noyabr 2026
242
11:34 / 09 Noyabr 2026
104
11:30 / 09 Noyabr 2026
98
11:22 / 09 Noyabr 2026
106
11:09 / 09 Noyabr 2026
254
11:05 / 09 Noyabr 2026
156
10:55 / 09 Noyabr 2026
217
10:51 / 09 Noyabr 2026
427
10:44 / 09 Noyabr 2026
195
10:38 / 09 Noyabr 2026
254
10:30 / 09 Noyabr 2026
147
10:27 / 09 Noyabr 2026
131
10:10 / 09 Noyabr 2026
214
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.