Müdafiə Nazirliyi açıqlama yaydı
16 Mart 2026, 09:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
448
01.12.2021, 13:37
ABŞ mərkəzi bankının (FED) rəhbəri Cerom Pauel dünyada yüksək inflyasiyanın qalıcı olacağına dair xəbərdarlıq edib. Pauel bu səbəbdən FED-in qiymətli kağız alışını sürətlə azalda biləcəyini söyləyib.
OXU24.COM xəbər verir ki, 2021-ci ilin oktyabrında ABŞ-da illik inflyasiya 6,2 faizə yüksəlib. Mövcud inflyasiya səviyyəsi ABŞ üçün olduqca yüksəkdir və FED bahalaşma sürətinin zəiflədilməsi üçün yumşaq pul-kredit siyasətindən imtina etməyə hazırlaşır.
FED hər ay iqtisadi aktivliyi artırmaq üçün daxili bazardan 120 milyard dollar dəyərində qiymətli kağız alır. Dekabrdan qiymətli kağız alışı hər ay 15-20 milyard dollar azaldılacaq və 2022-ci ilin ikinci yarısına qədər tam dayandırılacaq.
Əgər idarə heyəti bu təklifi qəbul edərsə, ABŞ 2022-ci ilin birinci yarısından yumşaq pul-kredit siyasətindən imtina edib, faizləri artıra bilər. Hazırda FED-in müəyyənləşdirdiyi uçot dərəcəsi 0-0,25 faizdir və mövcud vəziyyətə uyğun olaraq faizlərin artırılması ehtimalı böyükdür.
FED istiqraz alışını dayandırdıqdan sonra faizləri də artırarsa, o halda dollar bir qədər də bahalaşacaq və nəticədə qiymət artımları səngiyəcək. Gözlənilir ki, bundan sonra inflyasiya səviyyəsi ABŞ üçün əlverişli olan 2 faizlik həddə enəcək.
Həmçinin oxuyun
Qeyd edək ki, 2021-ci ildə yüksək qiymət artımları əksər ölkələrdə müşahidə olunur. Bu il ən yüksək inflyasiya Venesuellada qeydə alınıb. Cənubi Amerika ölkəsində illik müqayisədə qiymətlər 1 575 faiz artıb.
İllik inflyasiya Livanda 173,6 faiz, Argentinada 52,1 faiz, Türkiyədə 19,9 faiz, Nigeriyada 16,6 faiz, Gürcüstanda 12,8 faiz olub.
Azərbaycanla yaxın ticarət əlaqələri olan Rusiyada 7,4 faiz, Ukraynada 10,9 faiz, Belarusda 10,7 faiz qiymətlər artıb.
Qiymətlərin sürətlə artması mərkəzi bankları sərt pul-kredit siyasətinə keçməyə məcbur edir.
Azərbaycanda isə oktyabrda illik bahalaşma 5,7 faizdir. Ölkəmizdə qiymətlərin nəzərdə tutulandan çox bahalaşması səbəbindən Mərkəzi Bank uçot dərəcəsini 7 faizə qaldırıb. Azərbaycanda ilin yekununda inflyasiyanın 6 faizə çatacağı güman edilir.
09:43 / 16 Mart 2026
2
09:15 / 16 Mart 2026
39
01:51 / 16 Mart 2026
324
01:39 / 16 Mart 2026
381
01:24 / 16 Mart 2026
336
00:59 / 16 Mart 2026
323
00:30 / 16 Mart 2026
710
00:13 / 16 Mart 2026
230
23:49 / 15 Mart 2026
367
23:48 / 15 Mart 2026
3936
23:31 / 15 Mart 2026
262
23:10 / 15 Mart 2026
255
22:51 / 15 Mart 2026
178
22:40 / 15 Mart 2026
198
22:14 / 15 Mart 2026
300
21:55 / 15 Mart 2026
207
21:41 / 15 Mart 2026
132
21:20 / 15 Mart 2026
173
21:00 / 15 Mart 2026
137
20:47 / 15 Mart 2026
348
20:20 / 15 Mart 2026
229
20:10 / 15 Mart 2026
230
19:48 / 15 Mart 2026
184
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.