Noyabrda pensiya gözləyənlərə XƏBƏR
09 Noyabr 2026, 12:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
422
30.11.2021, 18:55
Xəbər verildiyi kimi, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin isə həlak olması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq olunur.
Bu barədə Baş Prokurorluq yaydığı məlumatda deyilir.
Məlumata əsasən, istintaqın hazırkı mərhələsində müəyyən edilmişdir ki, noyabrın 30-u saat 10 radələrində döyüş təlimlərinin keçirilməsi məqsədilə uçuş həyata keçirmək üçün havaya qalxmış DSX-ya məxsus Mİ-17 markalı helikopterin qəzaya uğraması faktında hər hansı kənar müdaxilənin olması istisna olunur.
Hadisənin pilotun ehtiyatsızlığı, helikopterdə baş vermiş hər hansı texniki nasazlıq, hava şəraiti, o cümlədən hər-hansı digər səbəbdən baş verməsi ilə bağlı bütün ehtimallar ətraflı yoxlanılır.
Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, Müdafiə Nazirliyindən cəlb olunmuş mütəxəssis tərəfindən qara qutunun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.
Eyni zamanda, Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət yaradılmış istintaq qrupu tərəfindən zərərçəkmiş Emil Cəfərov və Ramin Ədilovun dindirilmələri təmin edilmiş, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş, o cümlədən zəruri sorğular verilmişdir.
Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
13:21 / 09 Noyabr 2026
31
13:11 / 09 Noyabr 2026
66
12:57 / 09 Noyabr 2026
457
12:55 / 09 Noyabr 2026
76
12:40 / 09 Noyabr 2026
160
12:27 / 09 Noyabr 2026
106
12:15 / 09 Noyabr 2026
243
12:03 / 09 Noyabr 2026
897
11:56 / 09 Noyabr 2026
114
11:56 / 09 Noyabr 2026
153
11:43 / 09 Noyabr 2026
118
11:37 / 09 Noyabr 2026
256
11:34 / 09 Noyabr 2026
108
11:30 / 09 Noyabr 2026
102
11:22 / 09 Noyabr 2026
111
11:09 / 09 Noyabr 2026
292
11:05 / 09 Noyabr 2026
160
10:55 / 09 Noyabr 2026
222
10:51 / 09 Noyabr 2026
434
10:44 / 09 Noyabr 2026
200
10:38 / 09 Noyabr 2026
261
10:30 / 09 Noyabr 2026
151
10:27 / 09 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.