Qaynar xətt:

(+99450) 247 90 86

Bu gün bu ərazilərdə qaz olmayacaq

Bu gün bu ərazilərdə qaz olmayacaq

CƏMİYYƏT

613

30.11.2021, 11:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Azərbaycanın iki rayonunun böyük hissəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Oxu24.com  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İB-nin yaydığı məlumata istinadən xəbər verir ki, "Qaz İxrac” İdarəsinə məxsus "Cəfərabad” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar oktyabrın 30-da saat 09:00-dan işlər başa çatanadək Şəki rayonunun (Şəki şəhəri və rayonun 30 kəndi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Həmçinin, Goranboy rayonu ərazisində qaz təchizatı şəbəkəsində "Təmiz Qaz” QSC tərəfindən aparılan texniki baxış zamanı aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı bu gün saat 09:00-dan 17:00-dək Goranboy rayonunda yerləşən əhali qrupu üzrə (Goranboy şəhəri və 63 yaşayış məntəqəsi) istehlakçıların qaz təchizatı dayandırılacaq.

"Azəriqaz” müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyir.