Füzuli Rzaquliyev VƏFAT ETDİ
09 Noyabr 2026, 13:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
547
29.11.2021, 21:11
Yeni növ koronavirus (COVID-19) xəstəliyinin alqoritmi üç əsas istiqamətdə aparılmalıdır. Bu, kliniki müayinələr, epidemioloji anamnez və laborator diaqnozudur. Xəstənin ilk kliniki əlamətlərindən biri də öskürəkdir. Yoluxmanın ilk mərhələsində həmin virus yuxarı tənəffüs yollarında çoxalır, sonra aşağı enərək ağciyərlərə düşür və iltihabi proses başlayır. Öskürəkdən sonra ikinci mərhələ hərarətin artmasıdır. Ona görə də ilkin əlamətlərdən biri öskürəkdir
OXU24.COM AZƏRTAC-a istinadən bildirir ki, bu barədə pediatr-infeksionist Aytən Ziyadova deyib.
Onun verdiyi məlumata görə, öskürək tənəffüs orqanları xəstəliklərinin tez-tez baş verən əlamətlərindən biridir, tənəffüs yollarının və ağciyər toxumasının selikli qişalarının iltihabı nəticəsində, həmçinin tənəffüs yollarına toz, qaz, tütün tüstüsü, maye və s. düşdükdə meydana çıxır. Bəzən həyəcan keçirəndə və emosional gərginliklə üzləşəndə öskürək yarana bilər, lakin allergik mənşəli öskürək də olur.
Pediatr-infeksionist deyib: "Davametmə müddətinə görə tutmayabənzər, dövrü davam edən və ya periodik, xüsusilə bronxit zamanı fasiləsiz davam edən və qısamüddətli öskürəklər olur. Bəlğəmin olub-olmamasından asılı olaraq öskürək nəmli və quru olur. Nəmli öskürəkdə bəlğəm ayrılır və ona əsasən bronxit, ağciyərin iltihabı və vərəmdə təsadüf edilir. Quru öskürək yuxarı tənəffüs yollarının xəstəliklərində, bronxların yad cisimlə qıcıqlanması nəticəsində, bronxların və ağciyərin iltihabı xəstəliklərinin başlanğıc mərhələsində meydana gəlir. Öskürəyi aradan qaldırmaq və yüngülləşdirmək üçün hər şeydən əvvəl onu törədən əsas xəstəliyi müəyyən etmək və təsir göstərmək lazımdır.
Nəmli öskürəyi suvaşqan, qatı bəlğəmi durulaşdıran və orqanizmdən xaric edən bəlğəm təmizləyən vasitələrlə yüngülləşdirirlər. Öskürəkdə ağrıkəsici vasitələr kimi həkimin təyinatı əsasında xardal kağızları, bankalar və s. tətbiq edilir. Bundan başqa sinəyə isti islatmalar qoyulur və ayaqlar ilıq suda vanna edilir".
13:44 / 09 Noyabr 2026
57
13:21 / 09 Noyabr 2026
57
13:11 / 09 Noyabr 2026
108
12:57 / 09 Noyabr 2026
763
12:55 / 09 Noyabr 2026
87
12:40 / 09 Noyabr 2026
181
12:27 / 09 Noyabr 2026
118
12:15 / 09 Noyabr 2026
283
12:03 / 09 Noyabr 2026
1031
11:56 / 09 Noyabr 2026
120
11:56 / 09 Noyabr 2026
159
11:43 / 09 Noyabr 2026
124
11:37 / 09 Noyabr 2026
269
11:34 / 09 Noyabr 2026
116
11:30 / 09 Noyabr 2026
110
11:22 / 09 Noyabr 2026
116
11:09 / 09 Noyabr 2026
379
11:05 / 09 Noyabr 2026
171
10:55 / 09 Noyabr 2026
231
10:51 / 09 Noyabr 2026
446
10:44 / 09 Noyabr 2026
205
10:38 / 09 Noyabr 2026
269
10:30 / 09 Noyabr 2026
155
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.