Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Operativ Qərərgah açıqlama yaydı

SON DƏQİQƏ! Operativ Qərərgah açıqlama yaydı

CƏMİYYƏT

1353

23.10.2021, 19:03

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2 315 yeni yoluxma faktı qeydə alınıb, 981 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Oxu24.com-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 514 289 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 483 559 nəfər müalicə olunaraq sağalıb, 6 869 nəfər vəfat edib. 23 861 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 053, bu günə qədər isə ümumilikdə 5 095 973 test icra olunub.