Qaynar xətt:

(+99450) 247 90 86

Son sutkada neçə nəfər koronavirusa yoluxub?

Son sutkada neçə nəfər koronavirusa yoluxub?

CƏMİYYƏT

510

22.10.2021, 19:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol


Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2 112 yeni yoluxma faktı qeydə alınıb, 882 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 511 974 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 482 578 nəfər müalicə olunaraq sağalıb, 6 847 nəfər vəfat edib. 22 549 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 568, bu günə qədər isə ümumilikdə 5 081 920 test icra olunub.