Dekabrda neçə gün iş olmayacaq?
10 Noyabr 2026, 14:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
866
13.10.2021, 18:56
"Bildiyiniz kimi hazırda dərslər ənənəvi qaydada davam edir. Yalnız hansısa bir məktəbdə, və yaxud da orta ümumtəhsil müəssisələrinin hər hansı bir sinifində virusa yoluxma faktları varsa, o zaman lokal qapadılmaya gedilir. Yəni həmin siniflər 14 gün müddətinə karantinə alınır".
Bunu OXU24./COM-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.
4.png)
Ekspert bildirib ki, ən geci iki həftə sonraya müəyyən ərazilər üzrə məktəblər qapadıla bilər:
"Son dövrlər mövsümü xəstəliklərin də daha çox baş qaldırdığını nəzərə alsaq, hazırda demək olar ki, məktəblərdə ümumiyyətlə davamiyyət aşağı düşüb. Bir çox valideyinlər övladlarını məktəbə buraxmırlar. Koronavirusun əlamətləri ilə qripin əlamətləri demək olar ki, eynilik təşkil etdiyi üçün hazırki durumda valideyinlər narahatdırlar ki, övladları koronavirusa yoluxa bilərlər. Buna görə də övladlarını məktəbə buraxmırlar. Belə olan halda da təbii ki, şagird ölümü artıq bir həyəcan siqnalı kimi görünür. Bu, qarşıdakı dövr ərzində əgər bu şəkildə davam edərsə, ən azından iki həftə sonraya əlbəttə, ciddi fəsadlar verməkdə davam edəcəyi halda bəzi ərazilər üzrə qapadılmalara gedilə bilər, yenidən distant təhsilə keçid alına bilər. Amma bu kimi halların qarşısının alınması üçün istər ümumtəhsil müəssisələrinin rəhbərləri, eyni zamanda müvafiq aidiyyatı qurumlar dərslərin ənənəvi qaydada davam etməsini istəyirlərsə, izolyasiya qaydalarına tam riayət etmələri ilə bağlı mütləq məsuliyyətlə yanaşmalıdırlar.

Biz artıq görürük ki, yoluxma halları getdikcə artır. Ən geci iki həftə sonraya artıq müəyyən ərazilər üzrə qapadılmalara gedilə bilər. Ölüm hallarına təkcə şagirdlər arasında deyil, eyni zamanda müəllimlər və məktəb rəhbərləri arasında da rast gəlinir. Sumqayıtda bir gündə həm şagird, həm də məktəb direktoru dünyasını dəyişib. Məhz koronavirusdan dünyalarını dəyişdikləri qeyd olunub".
14:23 / 10 Noyabr 2026
21
14:20 / 10 Noyabr 2026
102
14:09 / 10 Noyabr 2026
65
14:00 / 10 Noyabr 2026
367
13:44 / 10 Noyabr 2026
84
13:38 / 10 Noyabr 2026
263
13:26 / 10 Noyabr 2026
973
13:24 / 10 Noyabr 2026
104
13:20 / 10 Noyabr 2026
265
13:05 / 10 Noyabr 2026
141
13:00 / 10 Noyabr 2026
118
12:37 / 10 Noyabr 2026
384
12:31 / 10 Noyabr 2026
113
12:21 / 10 Noyabr 2026
488
12:18 / 10 Noyabr 2026
133
12:04 / 10 Noyabr 2026
144
12:00 / 10 Noyabr 2026
315
11:45 / 10 Noyabr 2026
2376
11:42 / 10 Noyabr 2026
110
11:39 / 10 Noyabr 2026
130
11:28 / 10 Noyabr 2026
129
11:16 / 10 Noyabr 2026
225
11:04 / 10 Noyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.