Dekabrda neçə gün iş olmayacaq?
10 Noyabr 2026, 14:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
8988
13.10.2021, 12:12
“Ermənistan vaxtilə işğal altında saxladığı və İkinci Qarabağ müharibəsi nəticəsində azad edilən Azərbaycan ərazilərində hər şeyi yerlə-yeksan edib, yandırıb, dağıdıb. Ancaq bu gün Azərbacan höküməti Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda xeyli işlər görüb. Əminəm ki, Azərbaycan dövləti həmin əraziləri yenidən bərpa edəcək və ora həyat qayıdacaq”.
Oxu24.com xəbər verir ki, bunu "Report"un ABŞ bürosuna müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir vurğulayıb ki, Türkiyə Azərbaycana əlindən gələn dəstəyi verir və gələcəkdə də verəcək: “Ancaq Qarabağda yenidənqurma işlərinin sürətlənməsi üçün ermənilər tərəfindən həmin ərazilərdə basdırılan minaların təmizlənməsi lazımdır.
Bunun üçün kifayət qədər texnologiya da var. Ancaq həmin ərazilərdə minaların harada basdırıldığı məlum deyil.
Ermənilər minalanmış ərazilərin bəzilərinin xəritələrini Azərbaycana veriblər, ancaq digərlərini isə hələ də verməyiblər.
Hesab edirəm ki, Ermənistanın ən qısa zamanda bu məsələləri asanlaşdırmaq, sülh və əməkdaşlıq münasibətlərini normallaşdırmaq istiqamətində müsbət addımlar atması lazımdır. Ermənistan həmin ərazilərdə basdırdığı bütün mina xəritələrini ən qısa zamanda Azərbaycana verməlidir.
Çünki ərazilər minalardan təmizlənməlidir ki, insanlar öz yurd-yuvalarına dönərkən həyatlarını itirməsinlər. Can Azərbaycan heç vaxt tək olmayıb və biz heç bir vaxt Azərbaycanı tək buraxmayacağıq. Bunu hər kəs bilsin!”
14:23 / 10 Noyabr 2026
21
14:20 / 10 Noyabr 2026
102
14:09 / 10 Noyabr 2026
65
14:00 / 10 Noyabr 2026
367
13:44 / 10 Noyabr 2026
84
13:38 / 10 Noyabr 2026
263
13:26 / 10 Noyabr 2026
973
13:24 / 10 Noyabr 2026
104
13:20 / 10 Noyabr 2026
265
13:05 / 10 Noyabr 2026
141
13:00 / 10 Noyabr 2026
118
12:37 / 10 Noyabr 2026
384
12:31 / 10 Noyabr 2026
113
12:21 / 10 Noyabr 2026
488
12:18 / 10 Noyabr 2026
133
12:04 / 10 Noyabr 2026
144
12:00 / 10 Noyabr 2026
315
11:45 / 10 Noyabr 2026
2376
11:42 / 10 Noyabr 2026
110
11:39 / 10 Noyabr 2026
130
11:28 / 10 Noyabr 2026
129
11:16 / 10 Noyabr 2026
225
11:04 / 10 Noyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.