Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
59543
az

“Pandemiyanın bitməsi proqnozu gerçəyə yaxındır” - Adil Qeybulla

23:0211 Oktyabr, 2021
947
  • A

Dünya Səhiyyə Təşkilatı (DST) pandemiyanın tezlikə bitəcəyi ilə bağlı məlumat verib. Qurumun qənaətinə görə, dünya artıq COVID-19-la mübarizənin 60 faizini tamamlayıb. Odur ki, tezliklə pandemiyanın bitəcək və insanlar normal həyata qayıdacaqlar. Lakin DST virusun mutasiyasından qorunmaq üçün peyvənd prosesini sürətləndirmək çağırışı edib.

OXU24.COM xəbər verir ki, Azərbaycan Tibb Universiteti 1-ci Cərrahi xəstəliklər kafedrasının professoru Adil Qeybulla yenisabah.az-a açıqlamasında deyib ki, dalğanın enməsi, vəziyyətin stabilləşməsi və xeyli insanın vaksinasiya olunması buna işarədir:

"Əvvəllər insanlar vaksinasiyaya daha çox tərəddüd edirdilər. Bu istiqamətdə daha çox probemlər var idi. İndi isə könüllü vaksinasiyaya gedənlər çoxalıb. Bu prosesin gedişində sanki bir dönüş əmələ gəlib".

Həkimin sözlərinə görə, atıq həm xəstələrdə, həm də vaksinasiya olunanlar immunitet yaranıb: "Bunlar əhalini kollektiv immunitetə yaxınlaşdırır və pandemiyanın sona çatmasına daha çox imkan verir. Çünki SARS-COV-2 mutasiya uğramaq qabiliyyətinə malikdir. Vaksin olunan və ya xəstəlik keçirməklə immuniteti yaranmış insanda bu qırılmış olur. Yəni o insan ya yoluxmur, ya da kimisə yoluxdurmur. Kollektiv immunitetin bu baxımdan önəmi var.

Dünya Səhiyyə Təşkilatının verdiyi məlumat əslində, Xəstəliklərə Nəzarət Profilaktika Mərkəzlərinin verdiyi proqnozlara uyğundur".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sian şəhərindən Bakıya yeni qatar marşrutu istifadəyə verildi
Sertifikasiyadan keçən müəllimlərin məzuniyyət pulu necə hesablanacaq?
Sabahdan bu yol bağlı olacaq

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı